XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabr ayının 21-i Beynəlxalq Muğam Mərkəzində “Qələbədir adın” adlı konsert-tamaşa baş tutub. Mir Sahib Ağazadənin səhnələşdirməsi, Elçin Məmmədovun quruluşu əsasında hazırlanan tamaşanın libretto müəllifi Kəmalə Abıyeva, bəstəkarı Pikə Axundova, solisti İlham Nəzərovdur. Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinə ithaf olunan tamaşa xalqımızın əzəli və əbədi torpaqlarına möhtəşəm qayıdışından bəhs edir. Səhnə əsərində bir neçə obrazı canlandıran İlham Nəzərovla yanaşı Əməkdar artistlər Yaqut Paşazadə (Ana), Viktoriya Şahmuradova (Xarı bülbül) və Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin III kurs tələbəsi Əli Əsədov (Oğul), G.Şaroev adına 35 saylı musiqi məktəbinin birinci sinif tələbəsi Səid Nəzərli da çıxış edib.

Film-tamaşa formatında hazırlanan tamaşa boyu səhnədə yerləşdirilən monitorda Qarabağın işğaldan öncəki görüntüləri, erməni vandalizmi və işğaldan azad olan dövrün görüntüləri təqdim edilib. Film-tamaşa şəhid anaları, qazilər və digər tamaşaçılara çox böyük təsir bağışlayıb. Davamlı alqışlar və göz yaşları ilə keçən tamaşa Üzeyir bəyin şah əsəri olan dövlət himninin oxunması ilə yekunlaşıb.
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...