2022-ci il iyul ayının 16-17-də teatr mövsümünün bağlanışı ilə əlaqədar Qax Dövlət Kukla Teatrında "Çirkin ördək balası" (H.X.Anderson) tamaşasına ictimai baxış, "Tülkünün uçuşu" (R.Əlizadə) və "Xeyir və Şər" (N. Gəncəvi) tamaşalarının nümayişi oldu. Rayon rəhbərliyi, yerli ziyalılar, balaca tamaşaçılar və Bakıdan dəvət olunmuş teatrşünas və sənət yazarlarının iştirakı ilə oynanılan tamaşalar böyük maraq və rəğbətlə qarşılandı. Mövsüm ərzində fərqlənən iki əməkdaş - Araz Mehrablı və Nicat Abuzərli toplaşanların gözü önündə mükafatlandırıldılar.
Birinci tamaşadan və hər üç səhnə əsərinin nümayişindən sonra ictimai müzakirələr keçirildi. Tamaşalar təhlil olundu, diqqət çəkən fikirlər söylənildi.
Teatrın kollektivi mütəxəssislərin, eyni zamanda ictimaiyyət nümayəndələrinin- Qax RİH başçısının müavini Vəfa Heydərova, AMEA-nın əməkdaşı, teatrşünas alim Vidadi Qafarov, "Mədəniyyət" jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, sənət yazarı Etibar Cəbrayıloğlu, "Xalq" qəzetinin bölgə müxbiri İlqar Həsənov, Gəncə Dövlət Kukla teatrının direktoru Fərmail Paşayev, "Yeni Azərbaycan Partiyası" Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki regional təhsil idarəsinin rəis müavini Günay Mahmudova, Qax bələdiyyəsinin sədri
Eyvaz Orucov, teatrın direktoru Seymur Vəliyev, baş rejissor Yusif Abdurahmanov, quruluşçu rejissorlar Araz Mehrablı, Rahib Məmmədov və başqalarının rəylərini maraqla dinlədilər.
Çıxışçılar teatrın yeni təyin edilmiş direktoru Seymur Vəliyev və bütövlükdə kollektivə gələcəkdə daim dəstək olacaqlarına söz verdilər. Sənətçilər səsləndirilən müəyyən irad və təklifləri gələcəkdə nəzərə alacaqlarını bildirdilər. Yeni teatr mövsümünün əvvəlində sənət öcağının 50 illik yubileyinə hazırlıq məsələsindən də söhbət açıldı.
Qonaqlar və tamaşaçılar teatr mövsümünün bağlanışından xoş təəssüratla ayrıldılar.
                                                        
                                                            
                            
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...