TEATRO

TEATRO

sənət portalı

post-title

Polşada teatrlar yenidən açılır

Polşada koronavirus məhdudiyyətlərində növbəti yumşaldılmaya qərar verilib. Belə ki, teatrlar, kinoteatrlar, operalar, otellər, filarmoniya orkestrləri, üzgüçülük hovuzları və xizək yamacları 12 fevral tarixindən yenidən açılacaq. Lakin bu məkanlara, pandemiyadan öncəki fəaliyyətlərindən fərqli olaraq iki dəfə az müştəri, tamaşaçı qəbul etməyə icazə veriləcək.

Ticarət mərkəzlərinin, muzeylərin və sərgi zallarının fəaliyyəti ötən bazar ertəsindən  bərpa edildikdən sonra Polşada koronavirus məhdudiyyətlərinin daha bir qisminin yumşaldılması qərara alınıb.

Bu barədə Baş nazir Mateus Moraviecki iştirak etdiyi mətbuat konfransında bildirib. Ölkədə artıq müəyyən sabitlikdən danışmağın mümkün olduğunu deyən Baş nazir, hələlik daha böyük yumşalmalara icazə verə bilməyəcəklərini də xəbər verib.

“Son iki həftə ərzində müəyyən bir sabitləşmə müşahidə etdik. Covid xəstələrinin tənəffüs aparatları və yataqlarla təchizatı baxımından da vəziyyətimiz yaxşıdır, lakin müşahidə etdiyimiz çox sayda ölüm bizi daima narahat edir”, - deyən Moraviecki, Portuqaliya da daxil olmaqla digər Avropa ölkələrində olan  çətin vəziyyətə baxarkən ehtiyatlı davranmalarının qaçılmaz olduğunu dilə gətirib. Bu səbəbdən Baş nazir, 12 fevral tarixindən fəaliyyətlərini bərpa edəcək obyektlərə tutumunun 50 faizi qədər müştəri qəbul etməyə icazə veriləcəyini açıqlayıb.

 

Load Time (S) : 0.007010