Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaq məqsədi daşıyır.
Festival “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən olunan mədəni və yaradıcı sənayenin inkişafı, gənc istedadların dəstəklənməsi və müasir mədəni mühitin formalaşdırılması, mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, milli teatr mühitinin davamlı inkişafı kimi strateji hədəflərə xidmət edir.
MÜKAFATLANDIRMA:
Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında aşağıdakı nominasiyalar üzrə müəyyənləşdiriləcək:
“Ən yaxşı tamaşa”
“Ən yaxşı kişi rolu”
“Ən yaxşı qadın rolu”
“Ən yaxşı ikinci plan kişi rolu”
“Ən yaxşı ikinci plan qadın rolu”
“Ən yaxşı tələbə-rejissor işi”
“Gənc ekspertlərin mükafatı”
Qaliblərə diplom və mükafatlar təqdim olunacaq.
Qeyd: Digər ali təhsil müəssisələrinin təqdim etdiyi tamaşalar ADMİU tələbələrinin tamaşalarından fərqli kateqoriyada yarışacaq.
Müsabiqəyə qəbul şərtləri:
1. Festivalda ADMİU-nun və digər universitetlərin bakalavr və magistr tələbələri tamaşa ilə iştirak edə bilər.
2. Müsabiqəyə təqdim edilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur.
3. Müsaqiqəyə təqdim edilən tamaşaların xronometrajı 30-90 dəqiqə aralığında olmalıdır.
4. İştirakçılar müraciət formasını (forma əlavə olunur) və tamaşaların posterini təşkilat komitəsinə təqdim etməlidirlər.
5. Müsabiqəyə təqdim edilən materiallar 15 aprel 2026-cı il tarixindən gec olmayaraq festival@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Qeyd: Son tarixdən gec göndərilən və ya tələblərə cavab verməyən tamaşalar müsabiqəyə qəbul olunmayacaq.
6. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
7. Təqdim edilməli materialların və sənədlərin siyahısı:
* Pillə-müraciət forması (yükləmək üçün klik edin)
- Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videosu (ümumi plan);
- Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində treyleri;
- Tamaşanın posteri;
- Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 mb-dən böyük və jpeg formatında olmalıdır);
- Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
- Ali təhsil müəssisəsinin rəhbərliyinin razılıq məktubu (digər universitetlərin tələbələri üçün).
Əlaqə:
E-mail: festival@admiu.edu.az
Tel. +994558189908 Könül Dəmirova
+994554035179 Cavid Zeynalov
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...