Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 100 illik yubiley münasibətilə Pillə 2 Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2023-cü il 5-9 iyun tarixlərində baş tutacaq Festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirilmək məqsədlərini hədəfləyir.
MÜKAFATLANDIRMA:
Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında
“Ən yaxşı tamaşa”
“Ən yaxşı kişi rolu”
“Ən yaxşı qadın rolu”
nominasiyaları üzrə müəyyənləşdiriləcək.
Qaliblərə münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları təqdim olunacaq.
Mükafat fondu:
- “Ən yaxşı tamaşa” – 1000 azn
- “Ən yaxşı kişi rolu” – 200 azn
- “Ən yaxşı qadın rolu” – 200 azn
Müsabiqəyə qəbul şərtləri:
1. Festivalda ADMİU-nun və digər universitetlərin bakalavr və magistr tələbələri tamaşa ilə iştirak edə bilər.
2. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur.
3. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.
4. Müsabiqəyə təqdim edilən materiallar 20 may 2023-cü il tarixindən gec olmayaraq festival@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Qeyd: Son tarixdən (20 may 2023-cü il) gec göndərilən və tələblərə cavab verməyən tamaşalar müsabiqəyə qəbul olunmayacaq.
5. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
6. Təqdim edilməli materialların və sənədlərin siyahısı:
    • Müraciət forması (yükləmək üçün klik edin)
    • Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində 30-60 saniyəlik treyleri;
    • Tamaşanın posteri;
    • Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır);
    • Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...