Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə 5-9 iyun tarixlərində “PİLLƏ 2” Tələbə Tamaşaları Festivalı keçiriləcək.
Festivalda ADMİU-nun Aktyor və Rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrin tamaşaları, o cümlədən Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olunacaq. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşəcək.
Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunacaq.
Festival tamaşalarının müzakirəsində tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupunun iştirakı da nəzərdə tutulur. Festival haqda ən yaxşı məqalə müəllifi olan tələbə də universitet tərəfindən mükafatlandırılacaq.
Artıq ikinci dəfə keçirilən Pillə festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir. Festival “Teatro.az” sənət portalının informasiya dəstəyi, “Ballı Bisi” şirniyyat evi və “Sahib” parfümeriya şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.
“PİLLƏ 2” Tələbə Tamaşaları Festivalının proqramını təqdim edirik:
PROQRAM
5 iyun
11:00 - Kiçik səhnə
Açılış mərasimi – Kiçik səhnə
12:00 - Kiçik səhnə
B.Nuşiç – “Nazirin xanımı”
(Teatr sənəti fakültəsi, IV kurs, Kurs rəhbəri: Gülşad Baxşıyeva)
15:00 – Böyük səhnə
S.Mrojek – “Karol”
(Teatr sənəti fakültəsi, III kurs, rus bölməsi Kurs rəhbəri: Ruslan İsmayılov)
6 iyun
10:00 – Böyük səhnə
Tamaşaların müzakirəsi
12.00 – Kiçik səhnə
R.Bredberi – “Və ildırım çaxdı”
(Teatr sənəti fakültəsi, III kurs, Rejissor Raya Şərifova)
14:00 – Böyük səhnə
T.Cücənoğlu – “Uçqun”
(Teatr sənəti fakültəsi, III kurs, Kurs rəhbəri: Yaqut Paşazadə)
16:00 – Kiçik səhnə
Y.Abramov, L.Bəyim – “Yarımçıq qalmış”
(Bakı Dövlət Universiteti, Rejissor Vahid Orucoğlu)
7 iyun
10:00 – Kiçik səhnə
Tamaşaların müzakirəsi
12:00 – Böyük səhnə
Elçin – “Cəhənnəm sakinləri”
(Teatr sənəti fakültəsi, III kurs, Kurs rəhbəri: Ruslan İsmayılov)
14:00 – Kiçik səhnə
T.Nar – “Dərzi qayçısı”
(Teatr sənəti fakültəsi, III kurs Rejissor Elnur Əkbərov)
16:00 – Böyük səhnə
A.Kamyu – “Yad”
(Sabah qrupları, III kurs, Kurs rəhbəri: Ceyhun Dadaşov)
8 iyun
10:00 – Böyük səhnə
Tamaşaların müzakirəsi
12:00 – Kiçik səhnə
B.Brext – “Teresa Karrarın tüfəngləri”
(Sabah qrupları, II kurs, Kurs rəhbəri: Nofəl Vəliyev)
15:00 – Kiçik səhnə
C.Məmmədquluzadə - “Ölülər”
(Teatr sənəti fakültəsi, III kurs, Kurs rəhbəri: Məmmədsəfa Qasımov)
9 iyun
10:00 – Böyük səhnə
Tamaşaların müzakirəsi
Seminar12:00 – Kiçik səhnə
Seminar. Elena İsayeva "Müasir dramaturgiya: mövzular və mənalar"
16:00 – Kiçik səhnə
Bağlanış və mükafatlandırma mərasimi
Ünvan: Azərbaycan Dövlət və Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhəri, İnşaatçılar pr. 39
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...