TEATRO

TEATRO

sənət portalı

post-title

“Pələng” monopyesi ölkəmizi Türkiyədə beynəlxalq teatr festivalında təmsil edəcək

Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbəkir şəhərində “II SoloFest – Keçmişdən bu günə hekayə ənənəsi” Beynəlxalq Teatr Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Pələng” monopyesi təmsil edəcək.

Tamaşanın quruluşçu rejissoru və plastik həlli aktrisa-rejissor Səbinə Məmmədzadəyə məxsusdur. Pələng rolunun ifaçısı Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyevadır.

Load Time (S) : 0.006486