...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. Bir dəfə rəssam kilsə xorunun çıxışını izlərkən İsa obrazının mükəmməl təcəssümü olan gənc bir oğlanı görür və onu öz emalatxanasına dəvət edərək onun simasından bir neçə eskizlər və etüdlər qələmə alır... Üstündən üç il keçir. Rəsm əsəri, demək olar ki, hazır vəziyyətə yaxın idi, lakin Leonardo İuda obrazına uyğun canlı model tapa bilməmişdi. Çoxgünlü axtarışlardan sonra rəssam bir gün palçıq içində uzanıb qalmış gənc, lakin vaxtından qabaq qocalmış, çirkli, sərxoş, cındır paltarda bir insanı görür və öz köməkçilərinə əmr edir ki, onu birbaşa kilsəyə aparsınlar.
Çox böyük çətinliklərkə onu ora çatdırırlar və ayağa qaldırırlar. O özü isə anlamırdı ki, nə baş verir, o haradadır, Leonardo isə kətanda gəncin sifətində qabarıq görünən günahkarlıq, özünəməftunluq, şərəfsizlik duyğularını qələmə alırdı... İş bitəndən sonra, dilənçi azca ayılaraq, gözlərini açaraq qarşısında rəsm əsərini görür, qorxu və qüssə ilə qışqırır - Mən bu rəsmi bundan öncə görmüşəm!
–Nə zaman? - Leonardo təəcüblə soruşur. – Üç il bundan qabaq, mən hər şeyi itirməmişdən öncə. O vaxtlarda mən xorda oxuyurdum və mənim həyatım arzularla dolu idi və hansısa bir rəssam mənim simamda İsanı çəkmişdi...
Bəlkə Xeyirin və Şərin eyni sifətləri vardır. Hər şey bizim yolumuzda onlarla nə zaman rastlaşdığımızdan asılıdır.
Qeyd: Bu əhvalat təsviri sənətlə bağlı olmaqla yanaşı, teatr və kino sənətlərində aktyorun obraz yaratmaq, başqalaşmaq işinin əsas amillərindəndir.
Təqdim etdi: Fikrət Sultanov
Əməkdar incəsənət xadimi, professor
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...