Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində KATALİZATOR ArtHub və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən “Docendo discimus” layihəsi çərçivəsində “Parateatral formalar və teatr” mövzusunda təlim baş tutacaq. 11 iyun 2024-cü il tarixində saat 14:00-da ADMİU-nun Kiçik səhnəsində baş tutacaq təlim universitetin Teatrşünaslıq ixtisası üzrə sonuncu təhsil ilinin tələbəsi Fatimə Qurbanzadə tərəfindən keçiriləcək.
Reformator Yeji Qrotovski tamaşaçının yeni bir “teatral dil” axtarışında olduğunu düşünürdü. Həmin dil aktiv mədəniyyətə aid olan parateatr demək idi. O, hamının yaradıcı fərd ola biləcəyinə inanırdı. Bu o mənaya gəlir ki, artıq tamaşaçı yerinə hamı iştirakçı (aktyor) olacaq. 1975-ci ildə Qrotovski həmkarı teatr tənqidçisi Lüdvik Flazsen ilə birlikdə “Millətlər teatrı” layihəsini həyata keçirdi. E.Barba, P.Bruk, L.Ronkoni və A.Qreqorini dəvət etdilər. Əlbəttə, “über-rejissor” Qrotovski idi. Artıq 1970-1980-ci illərdən etibarən parateatral formalar ortaya çıxmağa başladı. Bu təlimdə üç parateatral nümunənin üzərində dayanılacaq: stand up, installyasiya sənəti və performans.
Müasir sənətin böhranı və ya daha dəqiq şəkildə ifadə etsək, təkamülü bütün aspektlərdə cəmiyyətin tələblərinə tabe olaraq dəyişir. Təlimin əsas məqsədlərindən biri auditoriyanı vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etməkdir.
Qeyd:
ADMİU-nun Kiçik səhnəsində baş tutacaq tədbirdə iştirak üçün aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçmək tələb olunur.
QEYDİYYAT FORMASI (yükləmək üçün tıklayın)
Müəllifin digər yazıları
- Azərbaycan teatrında bu gün ən aktual problemlər hansılardır?
Azərbaycan teatrının problemləri kompleks xarakterli problemlərdir və onların arasından hər hansını fərqləndirmək olduqca çətindir. Bu gün Azərbaycan teatr sənətindən...
Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib.
Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib...
2 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, e...
Musiqi sükutun dekorudur.
Sənət boşluğun dekorudur.
Söz ünsiyyətin dekorudur.
Jurnalistika hər hansı bir lokal hadisəni, faktı, ünsiyyəti ictimailəşdirmək, onu müasirlərilə bölüşmək, produktiv fikirləri zam...
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...