TEATRO

TEATRO

sənət portalı

post-title

“Öyrətmək olmasın”ın yeni buraxılışı yayımlanıb

“Öyrətmək olmasın” adlı YouTube layihəsinin növbəti buraxılışı yayımlanıb. İlk buraxılışından geniş tamaşaçı auditoriyası qazanan, ideya müəllifi və rejissoru Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadə olan layihə yenə də böyük maraqla qarşılanıb.
Müəllim Elçin Cəfərov tələbələr – Sabirə Abdullayeva və Əlövsət Ağayev ilə birlikdə bu dəfə “Rejissor kimdir?” sualı ətrafında maraqlı söhbət ediblər. Müəllim ”Rejissor tanrıdır” ifadəsinin ağlabatan olmadığını, rejissuranın diktaturaya bərabər olduğunu diqqətə çatdırıb. Elçin Cəfərova görə rejissorun dünyaya deyəcək sözü olmalıdır və bu sözün əhəmiyyətini isə tarix və tənqid müəyyən edir.
İkinci buraxılışı səkkiz dəqiqə çəkən layihənin yeni bölümləri yaxın günlərdə YouTube vasitəsilə yayımlanacaq.

Load Time (S) : 0.000086