Pandemiya ilə əlaqədar uzun fasilədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fəaliyyətini bərpa edib. Sentyabr ayında Üz.Hacıbəyli XIII Beynəlxalq musiqi festivalı çərçivəsində Üz.Hacıbəylinin "Leyli və Məcnun" və C.Verdinin "Traviata" operalarının tamaşaları böyük uğurla baş tutub.
Oktyabrın 9-da isə görkəmli rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək. "Qıpçaq rəqsləri" ilə yanaşı həmin axşam daha bir tamaşa - N.Rimski-Korsakovun "Şəhrizad" baleti də nümayiş olunacaq.
Bəstəkar A.P.Borodin "Knyaz İqor" operasının bir hissəsi olan "Qıpçaq rəqsləri"ni 1875-ci ilin yayında Moskvada qələmə alınmışdır. Bəstəkar bu opera üzərində 18 il işləsə də əsəri başa çatdırmamışdır. Borodinin ölümündən sonra onun musiqi materialları əsasında A.Qlazunov operanı tamamlamış, N.Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləmişdir. Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski teatrında baş tutmuş, xoreoqraf L.İvanovun quruluş verdiyi "Qıpçaq rəqsləri" tamaşaçılarda dərin təəssürat oyatmışdır. Sonradan "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının "Qıpçaq rəqsləri" baleti rəngarəng dekorasiyaları və zəngin kostyumları ilə diqqəti cəlb edir. Tamaşanın quruluşçu baletmeysteri Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovdur (M.Fokinin xoreoqrafiyası əsasında). Musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.
Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa edəcəklər.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...