Nəhayət, uzun müddətdən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz ənənəvi tamaşa formatını bərpa etməyə hazırlaşır. Teatrın mətbuat katibindən aldığımız məlumata görə, “Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı” çərçivəsində oynanılacaq iki opera tamaşasının adı artıq bəllidir. Onlardan biri Ü.Hacıbəylinin “Leyli və Məcnun”, digəri isə Cüzeppe Verdinin “Traviata” operasıdır.
Sentyabrın 21-i oynanılacaq “Leyli və Məcnun” tamaşasının əsas partiyalarını Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edəcəklər. Operada həmçinin Respublikanın Əməkdar artistləri Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl) və b. çıxış edir. Tamaşanı Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edəcək.
Sentyabrın 24-ü isə “Traviata” operası oynanılacaq. Tamaşada baş rolu - Violetta partiyasını ifa etmək üçün tanınmış polşalı müğənni, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka dəvət edilib. Onun tərəf müqabili kimi Alfred partiyasını Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov ifa edəcək.
Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış edəcəklər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizə qaydalarına uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...