CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidin real hekayəsinə əsaslanır. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Omid 15 ildən artıq müddətdə Sibirdən Xəzər dənizinin cənub sahillərinə təkbaşına uçmuşdur. Son iki ildə isə o, nə qışlama yerində, nə də köç marşrutunun keçid məntəqələrində müşahidə olunmur. Omidin həlak olması ehtimalı yüksəkdir və onunla birlikdə bütöv populyasiyanın yolu da qırılmış ola bilər.
“Omid, sonuncu ağ durna” – sonuncu durna və yoxa çıxmaqda olan marşrut haqqında poetik dildə danışılan hekayədir. Canlı musiqidən istifadə edərək tamaşanın rejissoru Mikayıl Merdinli elə bir məkan yaradır ki, burada quş mifoloji varlığa çevrilir, onun yolu isə yox olmamalı və yox ola bilməyən bir izə dönür. Çünki Omid yalnız bir quş deyil. Omid – Ümiddir.
“Omid, sonuncu ağ durna” tamaşası müstəqil CHARACTERS Teatrının ilk layihəsi olub və Fluxus Space incəsənət qalereyası ilə birgə həyata keçirilmişdir. Tamaşa məhz qalereyanın məkanında nümayiş olunacaq.
İsmayıl İman, dramaturq, CHARACTERS bədii rəhbəri:
“CHARACTERS 2023-cü ildə müasir dramaturgiya festivalı və pyes müsabiqəsi kimi nəzərdə tutulmuşdu. Zamanla layihə genişləndi və transformasiya olundu: təhsil proqramları, xarici pyeslərin oxunuşları, pyes tərcümələri müsabiqəsi və ikinci dramaturgiya müsabiqəsi yarandı. Eyni zamanda British Council, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Çilinin Azərbaycandakı Səfirliyi, EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan teatrları ilə beynəlxalq və yerli əməkdaşlıqlar inkişaf edirdi.
Son bir il ərzində CHARACTERS ardıcıl şəkildə öz tamaşalarını səhnələşdirməyə doğru irəliləmişdir. Bu gün isə deyə bilərik: CHARACTERS festivalı, pyes müsabiqəsini və teatrı birləşdirən Müasir Dramaturgiya Hərəkatıdır. Hələlik öz səhnəsi olmasa da”.
İsmayıl İmanın “Omid, sonuncu ağ durna” pyesi Beynəlxalq Teatr Akustik Məktəbi üçün (Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının layihəsi; bədii rəhbər – rejissor və Moskva Bədaye Akademik Teatrının (MXAT) Məktəb-Studiyasının pedaqoqu Viktor Rıjakov) yazılmış və 2025-ci ilin oktyabr ayında Astanada (Qazaxıstan) kollektiv tamaşanın tərkibində təqdim edilmişdir.
Yeni tamaşanın premyera nümayişləri 10 və 17 mart 2026-cı il tarixlərində baş tutacaq. Biletlər iTicket.AZ saytında mövcuddur: https://iticket.az/events/theatre/omid-the-last-white-crane-characters-theatre/
Pyesin müəllifi: İsmayıl İman
Quruluşçu rejissor: Mikayıl Merdinli
Quruluşçu rəssam: Rufana Mamedova
Plastik həll: Nigar Güləhmədova
Rollarda: Məmməd Rəfiyev, Kamal İbrahimov, Atika Əliyeva, Avsəddin Ələkbərov, Rami Klim.
Ünvan - Fluxus Space (28 may küçəsi, 5)
Tarix - 10.03.2026 / 17.03.2026
Saat - 19:30–20:30
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...