Nigar Əsədova - Teatrın çağdaş sənətlər sistemində yeri
Tarix: 2022-03-25 15:30:00
Oxunma: 1136
Yazı ölçüsü
Bu gün ictimai həyatımızın bütün sahələrində olduğu kimi mədəniyyət və incəsənətdə də köklü dəyişikliklər baş verir. Zamanın tələbi teatrın inkişafını şərtləndirərək, onun digər sənət növlərindən fərqləndirən bir çox keyfiyyətlərini üzə çıxarır.
Yarandığı gündən bu günə qədər hər zaman müəyyən bədii-ideoloji məqsədlərə xidmət edən teatr öz təsirli ifadə vasitələri və gücü ilə ənənəvi quruluşda tez-tez dəyişikliklər yaratmağa çalışıb. Ənənəvidən çağdaş teatra olan səyahət zamanı da yaşanan ictimai keçidin həm siyasi, həm dini, həm də iqtisadi dəyişikliklərə uğradığını görürük.
Bu gün çağdaş teatr, qloballaşmış dünyada, informasiya cəmiyyətində yaşayır və yaradır. Bəs sintetik, həmçinin, zaman və məkan sənət növü olan teatrın bu cəmiyyətdə tutduğu yer nədən ibarətdir? Çağdaş teatrın informasiya cəmiyyətində mövqeyini müəyyən etməzdən öncə “informasiya cəmiyyəti” termininin mahiyyətini aydınlaşdıraq. “İnformasiya cəmiyyəti” anlayışı 1960-cı illərin əvvəllərində yapon sosial elmlərində istifadə olunmağa başlayıb və artıq 50-ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib. İnformasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların düşüncələrini və istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Burada əsas məqsəd informasiya bolluğunun yaratmaq və bu prosesin köməyi ilə bəşəriyyətin qarşısında duran problemləri həll edərək cəmiyyətin inkişafını təmin etməkdir. Bu mənada, Rolan Bartın, “Teatr əsl polifonik informasiyadır” kəlamını xatırlasaq, teatrın elə təməlindən bir informasiya cəmiyyəti modeli kimi yarandığını da aydın görərik. Yəqin, teatr sənətinin minillərin sınağından çıxıb bu günədək gələ bilməsinin əsas səbəblərindən biri də elə budur.
Lakin canlı sənət növü olan teatr bu gün informasiya cəmiyyətinin əsas səbəbkarı sayılan kampüter-internet texnologiyalarının, sosilal şəbəkələrin yüksək inkişafı üzündən həm də müəyyən problemlər yaşayır. İnformasiya bütün sektorlarda dominant rol oynadığı üçün informasiya əməyi anlayışı formalaşmışdır. İstehsal sektorunda, xidmət sektorunda, biznes sektorunda və digər bütün sektorlarda insanlar kompüter, telefon və ya digər cihazlar vasitəsi ilə öz işlərini asanlıqla istədikləri yerdən çox qısa müddətdə yerinə yetirmək imkanı əldə etmişlər. Hər şeyin bu qədər asanlaşdığı zamanda insanlar üçün tamaşaya baxmaq, teatra doğru yol almaq zəhmətli iş kimi görsənir. Teatr canlı sənətdirsə, onu ekrana sığışdırmaq doğru olarmı? Əlbəttə ki, xeyr. Axı teatrın başlıca özəlliyi onun canlı olmasındadır. Deməli biz, ekran vasitəsi ilə insanların marağını və diqqətini cəlb edərək canlı sənətə gətirməliyik. İstənilən halda, biz incəsənətin, teatrın təbliğatı işində interneti, mobil vasitələri görməzdən gələ bilmərik.
Hər şeyin normal olduğu zamanlarda belə, yəni pandemiya ilə əlaqədar tətbiq olunan karantindən öncə də teatrlara gedənlərin sayı bir o qədər çox deyildi. Karantin isə tamaşaçıların sayını tamamilə sıfırladı. Sanki həyatımızın işıqlarını söndürdü. Pandemiyadan əvvəl internet həyatımızın 70 faizini təşkil edirdisə, karantin dövründə 30 faiz də artaraq həyatımızı tamamilə zəbt etdi. Bütün hər şey bir ekrana sığışdı. Yəni həyatımızın çox hissəsinin internetdən ibarət olduğu bu son 3 il ərzində hər bir informasiyanın asanlıqla yayılmasının, saniyələr içində milyonlarla insana çatmasının şahidi olduq. Bəs internetin imkanlarından incəsənətdə, xüsusən də teatr sənətində yetəri qədər istifadə edə bilirikmi? Teatrlarda ənənəvi üsullarla yanaşı, müasir texnologiyanın imkanlarından yararlana bilirlərmi? Düşünürəm ki, yetəri qədər yox. Əksinə, ənənəvi formada belə teatra gəlib tamaşaya baxan insanların əllərindəki ağıllı telefonlar teatrla tamaşaçı arasında sanki beşinci divara çevrilib. Yəni bir bildirim səsi bizi tamaşadan yayındıra bilir.
Kütləvi informasiya vasitələrinin ən məşhuru televiziyadır. Teatrla rəqabət aparan və onun tamaşaçılarını özünə çəkən vasitələrdən biri də elə hər bir evin daimi sakini olan bu məşhur qutudur. Əvvəllər televiziyalar teatrla əməkdaşlıq şəraitində işləyir və tez-tez televiziya tamaşaları çəkib, nümayiş edirdilər ki, bu, həm də teatr sənətinin təbliğinə xidmət göstərirdi. Bu gün isə əyləncəli, şou proqramların zəbt etdiyi teleməkanda, təkcə “Mədəniyyət” kanalını çıxmaq şərti ilə demək olar ki, teletamaşalara rast gəlinmir. Telekanallar tamaşaçılara şou proqramlarla yanaşı, daha çox sənədli və bədii seriallar təqdim etməyə üstünlük verirlər. Televiziya tamaşaları isə telekanalları maraqlandırmır. Halbuki, 90-cı illərə qədər televiziyanın ən maraqlı, çəkici, tamaşaçı toplayan istiqamətlərindən biri məhz teletamaşalar olub. İndiyə kimi onlarla televiziya tamaşası var ki, bu gün də tamaşaçıların yadından çıxmır.
Artıq XXI əsrdir. Texnika sürətlə inkişaf edir. Bu texnikanın içində yaşayan tamaşaçını köhnə üsullarla razı salmaq mümkün deyil. Tarixən daha qədim sənət olan teatrın kinoyla rəqabətdə özünü necə aparması bir qədər köhnəlmiş məsələdir. Amma yenə də virtual-vizual janrların tüğyan etdiyi XXI əsrin sürət ritmində teatr bir qədər arxaik təəssürat yaradır. Kino yarananda teatrın əndişələndiyini duymamaq mümkün deyildi.
Günümüzdə teatrla kino tamaşaçısının sayının müqayisəsində təəssüf ki, teatr uduzur. İnsanlar eyni gündə, eyni saatda olan film və tamaşa arasında seçim etməli olanda, əksəriyyət filmi seçir.
Müasir texnologiyalara adekvatlığı baxımından da kino teatrdan irəlidədir. Kino, həmçinin öz texnoloji mobilliyi, daşınma imkanları baxımından da böyük üstünlüklərə malikdir. Hər hansı filmi harasa aparmaq, haradasa nümayiş etdirmək üçün teatrda olduğu kimi, böyük kollektivi, dekorasiyaları harasa daşımağa ehtiyac yoxdur. Bu gün rəqəmsal texnologiyalarla çəkilən filmləri internet vasitəsi ilə istənilən yerə göndərmək və istənilən məkanda nümayiş etdirmək mümkündür ki, bu da kino sənayesinin daha geniş inkişafına və yayılmasına şərait yaradır.
Beləliklə, ölkəmizdə günü-gündən inkişaf edən informasiya cəmiyyəti, yüksək texnologiyalar, incəsənətin digər növləri ilə yaranmış rəqabət şəraiti teatr sənətinin də qarşısına yeni tələblər qoyur. İnsanların maraqlarını daha çox cəlb edən əyləncələrin mövcud olduğu dövrdə teatrı lazımsız əşya kimi kənarda qalmaq təklükəsindən uzaqlaşdırmaq üçün, onun sintetik və canlı sənət növü kimi üstünlüklərindən istifadə etmək, dövrlə ayaqlaşmasına, müasirləşməsinə çalışmaq lazımdır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində növbəti iştirakçı qardaş Türkiyədən olacaq. Antalya...
Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.
Forum çərçivəsində teatr sə...
Bu günlərdə başa çatan I TÜRKSOY Beynəlxalq Teatr Festivalı həm türkdilli ölkələrin müasir teatr prosesini və ona inteqrasiyasını müəyyənləşdirmək, həm də beynəlxalq teatr ictimaiyyətində əməkdaşlıq &u...
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.
M...
Noyabrın 16-da Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun açılışı olub.
Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
Noyabrın 18-dək dava...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsinin növbəti iştirakçısı Naxçıvan Dövlət Milli Dram Teatrı olacaq. Teatrın koll...
Akademik Milli Dram Teatrının laboratoriyasının “Son xətt” tamaşası təqdim olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edib. O, 8 Noyabr – Zəfər G&u...
Bakı Uşaq və Gənclər Teatrı Şanlı Qələbəmizin üçüncü ildönümü münasibətilə 1-3 noyabr tarixlərində “Bir teatr-bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını ke&c...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın ...
Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşla...