Naxçıvan Dövlət Milli Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı Kölgələr” psixodramatik tamaşasının premyerası baş tutub.
10 yanvar tarixində oynanılan tamaşa 2025-ci ilin aprel ayından etibarən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xalq teatrlarında, daha sonra isə Naxçıvan Dövlət Milli Dram Teatrında davam etdirilən “Aktyor məşqləri” layihəsinin nəticəsi kimi ərsəyə gəlib.
Layihənin ideya müəllifi İsmayıl Mirzəcanov, tamaşanın quruluşçu rejissoru və təlimçisi isə Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərovdur.

“Şüuraltı Kölgələr” psixodramatik tamaşası Stella Adlerin “Təsəvvür və təxəyyül”ü, Vsevolod Meyerholdun “Biomexanika”sı və Konstantin Stanislavskinin “Sistem”i əsasında reallaşdırılan aktyor məşqlərinin səhnə həllinə çevrilməsi ilə hazırlanıb. Tamaşada insanın daxili aləmi, şüuraltı qorxuları, psixoloji gərginlikləri və daxili mübarizəsi plastik ifadə vasitələri və dramatik struktur üzərindən tamaşaçıya təqdim olunur.
Tamaşada iştirak edən gənc aktyorların fərdi və kollektiv ifalarının plastik həlləri vahid bədii forma və ali məqsəd ətrafında birləşdirilərək dinamik, emosional və fəlsəfi səhnə dili yaradılıb. Söz və hərəkətin sintezi əsasında qurulan tamaşa seyrçilər tərəfindən maraqla qarşılanıb.
“Şüuraltı Kölgələr” tamaşası Naxçıvan teatr məkanında eksperimental və psixodramatik istiqamətin inkişafına xidmət etməklə yanaşı, gənc aktyorların peşəkar səhnə təcrübəsinin formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilir.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...