Uzun sürən pandemiya şəraiti bütün sahələrə öz təsirini göstərdiyi kimi, teatrlardan da yan keçmədi. Karantin qaydaları ilə əlaqədar teatrlar bir müddət fəaliyyətini dayandırdı, ölkədə nə tamaşalar oynanıldı, nə də festivallar keçirildi. Nəhayət, 2021-ci ilin payızından teatr yenidən nəfəs almağa başladı. Teatrlar qapılarını tamaşaçıların üzünə açdı və tamaşaçılar intizarında olduğu teatra qovuşdu.
Teatr festivallarının açılışını isə “4.4” Qısa Tamaşalar Festivalı etdi. 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı Zəfərə həsr olunan festivalın mövzusu da müharibə idi. Uğurla keçən festival milli teatr prosesində canlanma yaratdı.
2022-ci ilin ilk festivalı isə 2-7 mart tarixlərində “Teatr baharı” adı altında keçirilən I Müstəqil Teatrlar Festivalı oldu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, nazirlik yanında İctimai Şuranın təşkilatçılığı, Qanun Nəşriyyat evinin və Bakı post qəzetinin informasiya dəstəyi ilə baş tutan “Teatr baharı” I Müstəqil Teatrlar Festivalı, həqiqətən, teatr baharının carçısına çevrildi. Baharın gəlişi təbiəti oyatdığı, yaşıllığa bürüdüyü kimi, I Müstəqli Teatrlar Festivalı da teatr prosesində oyanışın, inkişafın başlanğıcının müjdəçisi oldu.
Altı gün davam edən festivala Rəşid Behbudov adına Mahnı teatrı və müstəqil Şah Mat teatrı ev sahibliyi edərək qapılarını festival iştirakçılarının və tamaşaçıların üzünə açdı. Festivalda 9 müstəqil teatrla yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistr tələbələri də öz tamaşalarını nümayiş etdirdilər.
Festivalın açlış mərasimi martın 2-də baş tutdu. Açılışdan öncə Laçın teatr studiyası İmaməddin Həsənovun quruluşunda “Arzular bağı” tamaşasını təqdim etdi. Sonra festivalın rəsmi açılış mərasimi keçirildi. Mədəniyyət Nazirliyi nəzdində İctimai Şuranın teatr və kino üzrə işçi qurupunun rəhbəri, I Müstəqil Teatrlar Festivalının ideya müəllifi, Xalq artisti Vidadi Həsənov festivalı açıq elan edib, iştirakçılara uğurlar arzuladı. Açılış mərasimində Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Milli Məclisin deputatları Razi Nurullayev, Müşfiq Məmmədli, teatrşünas, professor İlham Rəhimli, rejissor, Əməkdar incəsənət xadimi Fikrət Sultanov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov çıxış edərək, teatrın cəmiyyətdəki rolundan, festivalın əhəmiyyətindən, müstəqil teatrların inkişaf etdirilməsinin vacibliyindən danışıb, iştirakçılara uğurlar arzuladılar. Çıxışlardan sonra açılış mərasimi vokalçılar Fərid Əliyev və Vüqar Hacıyevin ifasında klassik musiqi konserti ilə davam etdi.
Açılış məraismindən sonra Vidadi Həsənovun quruluşunda Üzeyir Hacıbəylinin felyetonları və Mirzə Ələkbər Sabirin şeirləri əsasında hazırlanmış M.Teatrının “Məsəl ya?...” tamaşası göstərildi. Festival boyunca yalnız tamaşalar oynanılmadı, eləcə də teatrşünaslar Elçin Cəfərov, Aliyə Dadaşova və Dağlar Yusifin moderatorluğu ilə tamaşaların müzakirəsi, həmçinin, Vidadi Qafarovun “Müstəqil Teatr” - o, necə olmalıdır?”, Dağlar Yusifin “Müstəqil teatr düşüncəsinin stimullaşdırılmasının əhəmiyyəti” və Cəlil Cavanşirin “Gənc yazarları niyə oxumurlar?” mövzularında panel-müzakirələri keçirildi. Bütün müzakirələr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə-teatrşünaslarının fəal iştirakı ilə baş tutdu.

Beləliklə, "Teatr baharı" I Müstəqil Teatrlar Festivalında Laçın teatr studiyasının "Arzular bağı" (Müəllif-P.Bərdust, rejissor-İmaməddin Həsənov), M.Teatrı "Məsəl ya?..." (Ü.Hacıbəylinin fleytonları və M.Ə.Sabirin şeirləri əsasında, rejissor-Vidadi Həsənov), Şah Mat Teatrı "Üstdəki dərinliklər" (M.Vişnekin "Qoca klon tələb olunur” əsəri əsasında, rejissor-Mir Qabil Əkbərov), Səhnə teatrı "Bir dəfə Qarabağda" (M.F.Axundzadənin "Hekayəti-Müsyo Jordan və Dərviş Məstəli şah" komediyası əsasında, rejissor-Elvin Mirzəyev), Teatral studiyası "Pələng" (müəllif: Ülviyə Həsənova, rejissor-Səbinə Məmmədova), 2 tamaşa ilə festivalda iştirak edən Zəfər teatr studiyası "Raskolnikoff" (F.Dostoyevskinin "Cinayət və Cəza" romanı əsasında səhnələşdirəni və rejissoru Ayla Osmanova) və "İlluziyaçılar" (müəllif: B.Altors, rejissor-Müşfiq Əliyev), Cosmo teatrı, "Utopiya" (P.Turrunin "Axır ki, bitdi..." pyesi əsasında, rejissor-Ümid Abbas), Human teatrı "Mənim" (müəllif və rejissor-Pərviz Məmmədrzayev) tamaşası ilə təmsil olundu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbələrinin ifasında "Karnaval" (müəllif-S.Mrojek, rejissor Gümrah Ömər) tamaşası oynanıldı. Qeyd edək ki, festival boyunca göstərilən tamaşalar janr və mövzu əlvanlığı ilə seçilirdi.
Festivalın bağlanış mərasimi 7 mart tarixində baş tutdu. Bağlanış mərasimində millət vəkili Bəhruz Məhərrəmov, "M.Ə.Sabir fondu"nun rəhbəri Sevda Tahirli, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Əkbər Qoşalı, İctimai Şuranın sədri Gəray Əlibəyov çıxış etdilər. Daha sonra Rəvan Qacayevin ifasında mahnı səsləndi. Festival Müşfiq Əliyevin rejissoru olduğu "İlluziyaçılar" tamaşası ilə başa çatdı.
Fesivalla bağlı öz təəssüratlarını bölüşən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov teatrlara dəstək olamağın və regionlarda da yeni teatrların yaradılmasının vacibliyini vurğuladı. Human teatrının rəhbəri, "Teatr baharı" festivalının koordinatoru Şamil İbrahimov bu festivalın növbəti festivallara vəsilə olacağını və Azərbaycanda sayı 20-ə yaxın olan müstəqil teatrların bir o qədər də artmasını arzualdığını bildirdi. "Teatr baharı" festivalının ideya müəllifi, Xalq artisti Vidadi Həsənov: "Bu festival Bakıda, eləcə də bölgələrimizdə yeni teatrların, yəni müstəqil teatrların yaranmasına təkan olacaq. Çünki dövlət teatrının yanında müstəqil teatr olanda biz onda, sözün əsl mənasında, teatrın və yaradıcılığın inkişafından danışacağıq", - dedi. Festivalın ev sahiblərindən biri, Şah Mat Teatrının qurucusu və rejissoru Mir Qabil Əkbərov da festivalla bağlı öz fikirlərini bölüşdü: "Azərbaycanda Müstəqil Teatrlar Festivalını təşkil etmək çox gözəl təşəbbüsdür. Bu işdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bildiyimiz kimi, özəl teatr yaratmaq hal-hazırda çox çətindir. Lakin yaratdığını qoruyub saxlamaq və inkişaf etdirmək daha da çətindir. Biz, yəni Şah Mat Teatrı bu yola 4 il öncə başladıq və bu günə qədər heç vaxt yolumuzdan dönmədik. Elə bu da bizim geri çəkilməməyimizin bir sübutudur ki, artıq bizim özümüzə aid kiçik də olsa, bir məkanımız var. Hazırkı dövrdə isə müstəqil teatrın öz məkanının olması böyük uğurdur. Biz bunun öhdəsindən gəldik və bu festivalda ikinci ev sahibi olaraq bizim adımız səsləndi. Bu da bizim üçün fəxrdir. Ki, belə bir işdə az da olsa, bizim də bir köməkliyimiz oldu. Mən və kollektivim bundan sonra da müstəqil və öz məkanları olmayan teatrlara əlimizdən gəldiyi qədər köməklik edəcəyik. Təki belə festivallar, belə bayramlar ölkəmizdə çox olsun, insanlar teatrlara gəlsinlər. Çünki teatr insanlar üçündür, onların şüurları, ruhları üçündür. Düzdür, teatr dünyanı mehriban etmək gücündə deyil, lakin teatr dünyanın yadına sala bilər ki, siz mehriban ola bilərsiniz..."
Altı gün davam edən festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq ixtisasının tələbələri olaraq iştirak etdik. Tamaşalara baxdıq, tamaşaların müzakirəsinə və panel-müzakirələrə qatıldıq. Dəyərli teatrşünaslardan dərs aldıq, yeni biliklər öyrəndik, teatr cameəsini daha yaxından tanımağa başladıq. "Teatr baharı" festivalı bizim üçün çox böyük təcrübə oldu. Necə deyərlər, qoy həmişə festival olsun!
Nailə Qasımova
Tələbə-teatrşünas
Yazardan aid digər yazılar
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində növbəti iştirakçı qardaş Türkiyədən olacaq. Antalya...
Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.
Forum çərçivəsində teatr sə...
Bu günlərdə başa çatan I TÜRKSOY Beynəlxalq Teatr Festivalı həm türkdilli ölkələrin müasir teatr prosesini və ona inteqrasiyasını müəyyənləşdirmək, həm də beynəlxalq teatr ictimaiyyətində əməkdaşlıq &u...
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.
M...
Noyabrın 16-da Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun açılışı olub.
Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
Noyabrın 18-dək dava...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsinin növbəti iştirakçısı Naxçıvan Dövlət Milli Dram Teatrı olacaq. Teatrın koll...
Akademik Milli Dram Teatrının laboratoriyasının “Son xətt” tamaşası təqdim olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edib. O, 8 Noyabr – Zəfər G&u...
Bakı Uşaq və Gənclər Teatrı Şanlı Qələbəmizin üçüncü ildönümü münasibətilə 1-3 noyabr tarixlərində “Bir teatr-bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını ke&c...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın ...
Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşla...