Azərbaycan Dövlət Akademik Musiqili Teatrında YUNESKO tərəfindən təsdiq edilən “İnklüziv teatr” layihəsinin üzvləri ilə məşqlərə start verilib. Eşitmə və danışma məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə həyata keçirilən bu layihənin məşqlərinə simvolik olaraq işarət dili ilə səssiz alqışlarla başlanılıb.
Layihənin rəhbəri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev "İnklüziv teatr” barəsində toplaşanlara bir daha ətraflı məlumat verib, layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirib. Teatrın yaradıcılıq studiyasının bədii rəhbəri, görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə xanım Məmmədova bu studiyanın tərkibində fəaliyyət göstərəcək qrupun iştirakçılarına uğurlar arzulayıb, öz tövsiyələrini verib. Teatr səhnəsinin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini və müqəddəs olduğunu vurğulayan Şəfiqə xanım karifey sənətkarların ruhlarına ehtiram olaraq, hamını işlərinə məsuliyyətlə yanaşmağa və sənətə hörmət etməyə çağırıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh xanım Acalova və nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin məsləhətçisi Araz Bağırlı layihə haqqında fikirlərini bildiriblər. Onlar çıxışlarında nazirlik tərəfindən hər zaman belə layihələrin dəstəkləndiyini xüsusi ilə vurğulayıblar. Azərbaycanda eşitmə və danışma məhdudiyyətli insanların teatrının yaradılması ilə ilkə imza atan Akademik Musiqili Teatrın rəhbərliyinə belə bir humanist addım üçün təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovdur.
Fiziki məhdudiyyətli şəxslərin səhnəyə hazırlanmasında tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov çalışacaqlar.
Layihədə işarət dilindən xüsusi təlim almış Akademik Musiqili Teatrın könüllüləri də iştirak edəcəklər. Teatrın əməkdaşı Aludə Şəkərovanın rəhbərliyi ilə könüllü gənclər layihə boyunca “İnkliziv teatr”ın üzvlərinin teatra daha doğma tellərlə bağlı olmalarına kömək edəcəklər.
Teatrın “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyətə başlayan “İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə və həftənin 2 günü isə teatrda, çox kiçik heyətdə, pandemiyanın tələb etdiyi qaydalara ciddi əməl olunmaqla aparılacaqdır.
Müəllifin digər yazıları
Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya &...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir.
Bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası" teatrı Musiqili Teatrın qonağı...
Tanınmış publisist, tərcüməçi Eldar Quliyev (Eldar Qutlu) ötən gün uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un redaktoru kimi tanınan Eldar Quliyev uzun müddət &ldquo...
Zorakılıq və ədəbiyyat
Minillik tarixə sahib olan ədəbiyyat az qala ilk nümunələrindəncə zorakılığı özündə əks etdirdi. Zorakılıq ədəbiyyatın ən çox işlənən mövzularındadır. Çünki zorakılıq insan...
XX əsr başqa müstəvilərdə olduğu kmi teatrda da mürəkkəb bir dövr, ziddiyyətlərin dərinləşdyi bir əsr olmuşdur. Dram sənətindəki fundamental dəyişikliklər, intellektual paradiqmalarda baş verən qırılmalar, siyasi-bədi...
08 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Ağdam D...
...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. B...
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndə...
“Çat vermiş divarda bitən çiçək,
Səni mən dərirəm o çatlaqlardan.
...
Əməkdar artist Rahib Əliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
...