Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İranda keçiriləcək 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının təşkilatçıları tərəfindən bu tədbirin bir qolu olan V İran teatr sərgisinə dəvət alıb.
Akademik Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu sərgidə iştirak etmək məqsədilə fevralın 1-dən 7-dək qonşu ölkədə olacaq.
“Düşünürəm ki, bu dəvət dünyaca məşhur Beynəlxalq “Fəcr” Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmətdir, ümumilikdə, teatr sənətimizə sevginin, marağın təzahürüdür. Bundan əvvəl də həm ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Budəfəki sərginin proqramından da hiss etmək olur ki, İranda keçiriləcək festival möhtəşəm mədəniyyət hadisəsinə çevriləcək. Proqram çərçivəsində dünyanın bir çox ölkələrindən dəvət olunan məşhur rejissorların əsərləri oynanılacaq, görkəmli teatr xadimlərinə öz layihələri barədə məlumat vermək fürsəti yaradılacaq. “Kütləvi tamaşalar izləmək”, “Məhsulların bazara çıxarılma şərtləri”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, görüşlər, müzakirələr aparılacaq, müxtəlif janrlarda olan tamaşalara baxış keçiriləcək. Mən də təkcə Akademik Musiqili Teatr barədə deyil, bütövlükdə, Azərbaycanda teatr sənətinin dünəni, bu günü və gələcək inkişaf perspektivləri, həmçinin qarşıda duran planlar barədə məlumat verəcəyəm. Əminəm ki, belə görüşlər və təcrübə mübadiləsi ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir”, – deyə Ə.Lalayev bildirib.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...