Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci mövsümə yekun vurulub, il ərzində yaradıcılıq uğurları ilə seçilən, teatrın inkişafinda xidmətləri olan əməkdaşları bir qrupu mükafatlandırılıb.
Tədbir teatrın ənənəvi mükafatlandırma mərasimlərindən bir qədər fərqli olaraq “Zoom” proqramı ilə həyata keçirilib.
Vətən müharibəsində canlarını fəda edən qəhrəmanlarımızın, o cümlədən teatrın işiqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub. Aparıcılar Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və aktrisa Mehriban Zaliyeva Vətən Müharibəsində yenilməz ordumuzun, müzəffər Ali baş komandanımız İlham Əliyevin 44 günlük ildırım sürətli müharibədən qalib çıxmışını və 30 ildən bəri düşmən tapdağında qalan torpaqlarımızın azad olunmasının həm də teatr işçilərinə yeni ruh, yeni yaradıcılıq əzmi bəxş etdiyini vurğulamışlar. Musiqili tearın kollektivi də bütün Azərbaycan xalqı kimi “hər şey cəbhə üçün, hər şey qələbə üçün deyərək həm döyüşən orduya yardım etmiş, əsgərlərimizin döyüş qəhrəmanlığını i əks etdirən video çarxlar hazırlamışlar..
Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu tədbirin ilk dəfə belə formatda keçirildiyinə diqqət çəkərək ötən bir ildə teatrın qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışıb: "Dünyanı cənginə alan pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı və biz öz fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha sübut etdik. Biz bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə hər çətin məqamda qalib gəlməyi bacarırıq. Bizim bu tədbirdə əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir".
.jpeg)
Mükafatlandırma mərasimində teatrın mühafizə xidmətinin kollektivi və nümunəvi xidməti ilə seçilən əməkdaşları – teatrın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov, tanınmış aktyorlar Emil Heydərov, Nicat Əli, Zaur Əliyev bədii quruluş hissə müdiri Qabil Gözəlov, teatrın texniki işlər üzrə əməkdaşı Hikmət Şahverdizadə, mətbuat katibi Fəridə Aslanova, orkestr artisti Firuzə Nəcəfli mükafata layiq görülüblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, “Səssiz dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara dəstək İctimai Birliyinin sədri Aida Səfərova da mükafata layiq layiq görülüb.
Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun sənətkarın xatirəsini yaşatmaq üçün ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olundu; “Mövsümün ən işgüzar rejissoru” – teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi oldular.
Mükafatlandırma mərasiminin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Tədbirdə teatrın gənc solistləri – Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.
Qeyd edək ki, tədbirin videoyazısı iyul ayının 4-də saat 19:00-da teartın rəsmi “Feysbuk” səhifəsində nümayiş olunacaq.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...