Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib.
Məşqdə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iştirak edərək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və yaradıcı heyəti ilə görüşüb, onlara bəzi tövsiyyələrini verib: “Bu əsər "Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq. Əvvəlki tamaşa teatr aləmində çox böyük əks-səda doğurdu və bizə uğur gətirdi. İnanıram ki, bu yeni tamaşa da auditoriyasına görə daha geniş miqyası əhatə edəcək. “Çarəsiz sərnişinlər”- artıq bu ad bizə çox şeyi deyir. Çarəsiz anlarda özümüzü necə apara biləcəyimiz isə vicdan məsələsidir. Ektremal şəraitə düşəndə bizlər - insanlar “mən” olaraq özümüzü tanıyırıqmı? Əlbəttə, yox... Elə bu baxımdan, tamaşanın psixoloji təsir gücünü indidən hiss edirəm, uğurlu alınacağına inanıram... Kollektivə uğurlar arzulayıram."
Qeyd edək ki, janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyan bu tamaşanın qeyri-adi süjet xətti var. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adlı 3 hissəyə bölünəcək tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər qəfildən duyuq düşürlər ki, naməlum istiqamətə gedən avtobusu idarə edən sərxoş bir sürücünün iradəsindən asılı bir vəziyyətdə qalıblar. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər.
Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev (Virtuoz), Əməkdar artistlər Əzizağa Əzizov (Kəndçi), Ələkbər Əliyev (Ağılsız), Şövqi Hüseynov (Ağıllı), Əkbər Əlizadə (Məsuliyyətsiz), aktyorlar Əliməmməd Novruzov (Ər), Ülviyyə Əliyeva (Arvad), Aydan Həsənova (Qız), Nicat Həbibov (Oğlan) ifa edəcəklər. Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...