CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi müasir pyeslərin (1950-ci ildən sonra yazılmış pyeslərin) Azərbaycan dilinə tərcümələrinin qəbulu davam edir və 01 mart 2025-ci il tarixinə qədər uzadılır.
EURODRAM-ın şərtlərinə əsasən, müsabiqəyə Avropa, Aralıq dənizi və Mərkəzi Asiya ölkələrinin dillərində, onların müəllifləri tərəfindən yazılmış pyeslərin tərcümələri qəbul edilir. EURODRAM komitələri nəşr olunması və ya tamaşaya qoyulması məqsədi ilə tərcümə edilmiş əsərlərdən üç pyes seçir.
CHARACTERS kuratoru və EURODRAM Azərbaycan Komitəsinin koordinatoru İsmayıl İmanın sözlərinə görə, bu açıq çağırış xarici pyeslərin Azərbaycanda tərcümə əsərlərinin mövcud məlumat bazasının və ölkəmizdə teatrlar, rejissorlar və tərcüməçilər arasında ünsiyyət imkanının yaradılmasına xidmət edir.
Müsabiqə üçün pyeslərin tərcümələri 01 mart 2025-ci il tarixinədək characters.drama@gmail.com ünvanına göndərilə bilər. Məktubda aşağıdakı məlumatlar göstərilməlidir:
• tərcüməçinin tam adı;
• tərcüməçinin doğum tarixi və yeri;
• tərcüməçinin mobil telefon nömrəsi;
• orijinal pyesin adı və müəllifi;
• müəllifin və ya müəllif hüquqları sahibinin pyesin tərcüməsi üçün razılığının göstəricisi;
• tərcümənin hansı dildən edildiyinin göstəricisi.
Tərcümələr ilə tanışlığın nəticələrinə əsasən, Azərbaycan Komitəsinin üzvləri üç tərcüməni seçəcəklər. Müsabiqənin nəticələri kommunikasiya platformalarında, EURODRAM-ın rəsmi veb-saytında (eurodram.org) və Teatro.az sənət portalında 21 mart 2025-ci il tarixinə qədər təqdim olunacaq. Seçilmiş tərcümələrin müəllifləri müvafiq sertifikatlarla təltif ediləcəklər.
EURODRAM-ın Azərbaycan Komitəsi 2023-cü ilin sonunda bərpa olunub. Komitənin fəaliyyəti CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində həyata keçirilir.
Azərbaycan Komitəsinin hazırda 5 üzvü var:
• İsrafil İsrafilov, teatrşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri;
• Mikayıl Mikayılov, teatr rejissoru, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru;
• Tural Mustafayev, teatr rejissoru, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının rejissoru;
• Elçin Cəfərov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti;
• Aliyə Dadaşova, teatrşünas, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi.
Qeydiyyat linki
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...