Ötən il yaranan Səhnə teatrı yaxın günlərdə dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” komediyasını R.Behdudov adına Mahnı Teatrında tamaşaçılara təqdim etdi.
Müəllifin keçmişlə bu günümüzü sintez edərək qələmə aldığı “Molla Nəsrəddin 2022” adlı səhnə əsərinin mərkəzində Nəsrəddinlə Allahın mələyi olan Əzrailin münasibətləri dayanır. Əzrail Nəsrəddini özü ilə o biri dünyaya aparmaq istəyir. Amma onun çox cavan olduğunu, hələ evlənmədiyini biləndə “Allahın qanunu”na zidd getmir və Nəsrəddinə evlənmək üçün üç gün vaxt verir. Əsl tamaşa isə bundan sonra başlayır.
Birhissəli məişət komediyası janrında hazırlanan səhnə əsərinin rejissoru Oruc Qurbanovdur. Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyevaya çıxış edir.
Tamaşaya dəvəti məmnuniyyətlə qəbul edib maraqlı iş izləmək ümidi ilə Mahnı Teatrına yollandım. Çünki, həmin teatrın kollektivinin istedadına bələdəm. Amma ümidim puç oldu. Niyəsini isə izah edim.
Sözügedən tamaşa elitar tamaşaçı üçün nəzərdə tutulmayıb. Heç dramaturq özü bu niyyətdə olmayıb. Yüngül komediyaya baxan tamaşaçı üçün bu ən ideal tamaşa olardı. Yaradıcı heyət daha çox “Tiktok” zarafatları, Molla Nəsrəddinin bəzi hallarda gündəlik oxuduğumuz “gülməli” lətifələri ilə zaldakı tamaşaçıları güldürməyə çalışsalar da, alınırdımı - bunu, baxsanız, özünüz biləcəksiniz. Tamaşaçı düşünüb gülürdümü, əsla. Artıq elə bir dönəmdə yaşayırıqı ki, insanlar qısametrajlı, qısaməzmunlu görüntü izləmək istəyir. Artıq uzun hekayələr, materiallar, filmlər insanları yorur. Bu tamaşa da onun kimi. Uzatmaq nəyə lazımdı, axı? Zatən verdiyin mesajda bir məna da yoxdur. Məna olmayandan sonra uzatmaq sadəcə tamaşaçını yormaqdan başqa bir şey deyil. Tik-tok zarafatlarına tamaşaçı evində uzanıb əlinə telefonu alıb 30 saniyə ərzində doyunca gülürsə, niyə gəlib ona teatr səhnəsində uzun-uzadı tamaşa şəklində baxsın ki?
Onuda qeyd edim ki, tamaşanın bir özəliyi var idi. Bizlər üçün Molla Nəsrəddin nurani qoca kimi təsvir edilib. Amma yeni Molla Nəsrəddin cavanlığı ilə fərqlənir. Əslində, düzgün yanaşmadır, Nəsrəddin anadangəlmə qoca deyil, həm də bu hadisələr qocanın yox, gənc Nəsrəddinin başına gələ bilər.
Yuxarda qeyd etdiyim kimi, Səhnə Teatrında çalışan aktyor heyətinin bacarığına bələdəm. Amma onların belə ucuz, hətta bəsit şou tamaşa ilə çıxış etməyi məni həm təəcübləndirir, həm də üzür. Axı “Bir dəfə Qarabağda” tamaşasını oynayan kollektivi bu işi görməyə nə vadar edir? Kim məcbur edir? Axı, əziz dostlar, siz daha yaxşı, daha ciddi işlər görməyə layiqsiz! Doğrudur, tamaşanın aktyor oyunu təbii, maraqlı, baxımlı və dinamik idi.
Ən üzüldüyüm məqam isə hörmətli rejissorumuz Oruc İzzətoğlunun (Qurbanov) bu “uğurlu” tamaşanı hazırlaması oldu. Yəni mövzu tükənibmi ki, Oruc bəy belə yozumda tamaşa hazırlayıb. Axı hər bir əsərlərdə rejissorun ismarıcı olur. Yəni LGBT üzvlərinin videosunu ekranda vermək idimi ismarıc? Yox, mən düşünürəm heç o da deyildi. Bəs, burda ümumiyyətlə, bizə ötürülən ismarıc var idimi? Var idisə, yəqin bunu biz yox, kollektiv, bir də Allah bilir.
Bütün bunları nəzərə alıb, bircə söz demək istəyirəm: "Əziz dostlar belə vaxt itkisi nəyə lazımdır?” Buna xərclədiyiniz enerji ciddi işə (red: şərt deyil faciə, yaxud dram əsəri olsun) sərf edilsəydi, uğurlu iş alınardı. İstedadlı insanlar belə işlərlə həm öz enerjilərini tükədir, həm də tamaşaçını yorurlar. Bu cür tamaşaları xalq teatrlarının kollektivləri oynasalar, bəlkə də məqbul saymaq olardı, amma özünə peşəkar deyən teatr belə quruluşla həm tamaşaçısını teatrdan qaçaq salır, həm də öz imicinə xələl gətirir.
Sonda isə teatra daha yaxşı və ciddi tamaşalar arzulayıram.
Turan Etibaroğlu
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...