Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı bu teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağıdır.
Dekabrın 20-də Akademik Milli Dram Teatrında David Sakvarelidzenin quruluşunda V. Şekspirin "Kral Lir" faciəsi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın yaradıcı heyəti ilə görüş keçirilib.
Görüşdə Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov bildirib ki, Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq, Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələri uğurlu inkişaf edir, bir neçə ölkənin milli teatrı ilə bağlanmış Memorandumlar öz real nəticəsini verir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın bir sıra dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu əlaqələr uğurla inkişaf etdirilir. Bu sırada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da dünyanın bir sıra nüfuzlu teatrları ilə qarşılıqlı əməkdaşlıq Memorandumları imzalayıb. Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı ilə 2025-ci ilin 22 fevral tarixində Memorandum imzalanıb. Memorandumun I mərhələsində Teatrın bədii rəhbəri, dünya şöhrətli gürcü rejissoru Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze Bakıya səfər edib, Robert Sturuanın ustad dərsi təşkil olunub. Memorandumun II mərhələsində isə "Şükriyyə" tamaşası Gürcüstan Milli Teatrının səhnəsində böyük uğurla nümayiş olunub. Memorandumun III mərhələsinin icrası ilə bağlı isə öz yenilikçi səhnə quruluşları ilə beynəlxalq miqyasda tanınmış məşhur gürcü rejissoru David Sakvarelidze bizim qonağımızdır".
İlham Əsgərov əlavə edib ki, 2026-cı ildə Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunacaq: "Bu münasibətlə David Sakvarelidze Nurəddin Mehdixanlının iştirakı ilə "Kral Lir" benefis tamaşasını hazırlayacaq. İnanıram ki, bu tamaşa dünya səviyyəsində böyük layihəyə çevriləcək”.
David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağı olmaqdan məmnun olduğunu bildirib və iki qonşu və dost ölkənin bütün sahələrdə olan uğurlu əməkdaşlığı haqqında danışıb: “Mən bu gözəl ölkənin, gözəl teatrın qonağı olmaqdan məmnunam. Gürcüstan və Azərbaycan tarixən bir-birinə yaxın olublar. Hər iki xalqın bir-birinə böyük məhəbbəti və hörməti var. Əlaqələrimiz yüksək səviyyədədir. Teatrlar arasında əməkdaşlığın başlanması və uğurla inkişafı məni çox sevindirir. İmzalanan Memorandum gələcəyə hesablanan böyük addımdır. İnanıram ki, "Kral Lir" təkcə bu böyük teatrda yox, eyni zamanda dünyanın bir çox səhnələrində öz gözəl taleyini yaşayacaq."
Xalq artisti Nurəddin Mehdixanlı yaradıcılığına göstərilən diqqət üçün öz təşəkkürünü bildirib və qeyd edib ki, 70 illik ömrünün 50 ilini teatra həsr edib: "Şekspir yaradıcılığına, "Kral Lir"ə müraciət etmək əbəs deyil. Bu bir imtahan, bir çağırışdır. Yaradıcılığıma olan diqqətiniz üçün təşəkkür edirəm. Mən bu tamaşanın çox uğurlu olacağına inanıram".
Yazıçı-tərcüməçi Kamran Nəzirlinin yeni səhnə redaksiyasında hazırlanacaq tamaşanın premyerası aprel ayında planlaşdırılır. Həmçinin apreldə Rustaveli Teatrının kollektivi Robert Sturuanın quruluşunda "Prometey" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.
Qeyd edək ki, David Sakvarelidze Gürcüstanın məşhur teatr və opera rejissoru, incəsənət meneceri və bəstəkardır. O, əvvəlcə Şota Rustaveli adına Teatr və Kino Universitetində təhsil almış, daha sonra Milanda və Londonda təhsilini davam etdirib. Dünyaca məşhur rejissor Piter Brukun tələbəsidir. Londonda "English National Opera", Nyu-Yorkda "New York Theatre" və Milanda "Piccolo" Teatrlarında çalışıb.
Suxumi Dövlət Teatrının Bədii rəhbəri, Gürcüstan Milli Opera Teatrının baş direktoru olub. O, UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Gürcüstan Milli Mərkəzinin prezidentidir. 2011-ci ildə Gürcüstan Prezidentinin Fəxri Ordeni ilə təltif olunub.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...