Azərbaycan Dövlət Akademik Musiqili Teatrı öz ənənəsinə sadiq qalaraq Milli Teatr günündə yeni səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək. 110-cu mövsümünü yaşayan qocaman teatrın növbəti premyerası – rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda bəstəkar, Xalq artisti Səid Rüstəmovun və görkəmli yazıçı Məmməd Səid Ordubadinin librettosu əsasında hazırlanan "Beş manatlıq gəlin” komediyası olacaq. Tamaşa mart ayının 10-u və 14-də saat 19:00-da oynanılacaq.
Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan bu səhnə əsəri
1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilmiş və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri – İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Əliyev, Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar – Möylə Mirzəliyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva iştirak edəcəklər.
Orkestr, xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Müəllifin digər yazıları
Tanınmış publisist, tərcüməçi Eldar Quliyev (Eldar Qutlu) ötən gün uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un redaktoru kimi tanınan Eldar Quliyev uzun müddət &ldquo...
Zorakılıq və ədəbiyyat
Minillik tarixə sahib olan ədəbiyyat az qala ilk nümunələrindəncə zorakılığı özündə əks etdirdi. Zorakılıq ədəbiyyatın ən çox işlənən mövzularındadır. Çünki zorakılıq insan...
XX əsr başqa müstəvilərdə olduğu kmi teatrda da mürəkkəb bir dövr, ziddiyyətlərin dərinləşdyi bir əsr olmuşdur. Dram sənətindəki fundamental dəyişikliklər, intellektual paradiqmalarda baş verən qırılmalar, siyasi-bədi...
08 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Ağdam D...
...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. B...
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndə...
“Çat vermiş divarda bitən çiçək,
Səni mən dərirəm o çatlaqlardan.
...
Əməkdar artist Rahib Əliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
...
27 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib.
Görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlərin iştirakı ilə keçirilən ...
/мысли и высказывания деятелей культуры/
…Люди во все времена нуждаются в тепле и душевности. И только театр обладает возможностью живого контакта со зрителем – здесь и сейчас. Подлинное общение – это разг...