Azərbaycan Dövlət YUĞ Teatrına baş rejissor təyin olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 30 iyun tarixində yeni baş rejissor kollektivə təqdim edilib. Tədbirdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun əməkdaşı Günay Hümbətova iştirak edib. 
Fərəh Acalova çıxış edərək bildirib ki, Mikayıl Mikayılov Yuğ teatrının ənənələrinə yaxından bələd olan,  bu teatrda formalaşan rejissordur. Ustad sənətkar Vaqif İbrahimoğlunun yetirməsi M.Mikayılov həm Azərbaycanın müxtəlif teatrlarında, həm də ölkə hüdudlarından kənarda çox sayda gözəl tamaşalar hazırlayıb. F.Acalova qeyd edib ki, YUĞ teatrı Azərbaycan teatr məkanında özəl çəkisi, məxsusi yeri olan sənət ocaqlarındandır və Mədəniyyət Nazirliyi teatrın inkişafına dəstək olmaq üçün əlindən gələni əsirgəmir. Şöbə müdiri onu da vurğulayıb ki, hazırda YUĞ Dövlət Teatrının bina probleminin həll edilməsi Nazirliyin gündəliyində duran əsas məsələlərdəndir.  

Sonra çıxış edən teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov Mikayıl Mikayılovu yeni təyinat münasibəti ilə təbrik edib və qarşıda teatrı daha böyük uğurların gözlədiyinə inamını bildirib.
 
Tədbirin sonunda çıxış edən rejissor etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edib və doğma teatrının yeni inkişaf yoluna qədəm qoyması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. 
Qeyd edək ki, Mikayıl Mikayılov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr rejissoru ixtisasında bakalavr və magistr pillələri üzrə ali təhsil alıb. 1999-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayan M.Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur. Bu teatrda müxtəlif illərdə “Viy adlı monstr haqqında dəlinin qeydləri”, “Əfğan”, “Medeya. Sekvensiya-01”, “Kloun Z” tamaşalarına quruluş verib. Rejissor həmçinin Akademik Milli Dram Teatrında, Akademik Musiqili Teatrda, o cümlədən Qazaxıstanın Karaqanda vilayətinin K.S.Stanislavski adına Dövlət Rus Dram Teatrında, Rusiyanın Anqajament və “Krasnıy fakel” teatrlarında, Rumıniyanın “Marin Sorescu” Kraiova Milli Teatrında tamaşalar hazırlayıb. 
Rejissorun quruluş verdiyi tamaşalar Azərbaycan, Gurcüstan, Yunanıstan, Rusiya, Ukrayna, İran və Türkiyədə keçirilən beynəlxalq festivallarda uğurla iştirak edib. 
Mikayıl Mikayılov Adolf Şapiro, Kama Ginkas, Kiril Serebrennikov, Deklan Donellan, Yoşi Oyda, Aleksey Borodin, Serqey Jenovaç kimi görkəmli teatr mütəxəssislərinin ustad dərslərində olub. 2009-cu ildə Çexiyada Milli teatr və Estates teatrlarında bir illik xarici stajirovka keçib.  
Müxtəlif illərdə  “İlin ən yaxşı gənc kino aktyoru” (2004), “İlin ən yaxşı gənc rejissoru” (2005) və “Zirvə” (2013) mükafatlarına layiq görülüb.
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...