Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda tamaşa hazırlayıb. K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında fransız yazıçısı Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası 16, 17 aprel tarixlərində baş tutub.Tamaşa Qazaxıstanın teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Tamaşada hadisələr şəhərkanarı villada baş verir. Bir-birinə doğma və yaxın olan səkkiz qadın burada yeni ili qeyd etməyə hazırlaşırlar. Lakin bayramqabağı ev sahibini öz kabinetində kürəyinə bıçaq sancılmış vəziyyətdə tapan qadınların bütün planları alt-üst olur. Ev sahibinin qətlində hər kəs: mərhumun arvadı, qızı, ögey qızı, qayınanası, baldızı, bacısı, şəxsi xidmətçisi və evin qulluqçusu şübhə altındadır. Səkkiz qadın müəmmalı cinayətkarı üzə çıxarmaq məqsədilə özləri ciddi araşdırmaya başlayırlar. Onların arasında amansız “həqiqət oyunu” başlayır. Bu oyunda qadınların zəiflikləri, yalanları, gizli inciklikləri üzə çıxır.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı İrina Nikolayeva, işıq rəssamı Denis Svetkov, musiqi tərtibtçıs Yerlan Saduakasovdur. Rolları Valentina Şmatenko, Marina Marıçeva, Qalina Turçina, Oksana İqnatenko, Svetlana Patyomkina, İrina Nikolayeva, Aleksandra Martins və Alyona Zvonova ifa edirlər. Tamaşanın xronometrajı 3 saat 10 dəqiqədir.
Tamaşanın növbəti premyerası aprelin 27-də olacaq.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...