TEATRO

TEATRO

sənət portalı

post-title

Mikayıl Mikayılov beynəlxalq "Hektomeron" layihəsinə dəvət alıb

Rumıniyanın ən böyük teatrlarından biri olan "Marin Soresku" Kraiova Milli Teatrı 15 yanvar 2021-ci ildə "THE HEKTOMERON" adlı layihəsinə başladığını elan edib. 
C.Bokaççonun 650 il öncə "Qara Ölüm" pandemiyasından sonra yazdığı "Dekameron" romanından ilhamlanan layihə günümüzün pandemiya günlərinə işıq salır və romandan 100 hekayənin səhnələşdirilməsini planlaşdırır. 
Layihəyə görə, 15 yanvar 2021-ci il tarixindən etibarən 100 gün ərzində hər gün bir tamaşa nümayiş olunur və bu tamaşalar dünyanın 100 ölkəsindən dəvət edilmiş rejissorlar tərəfindən hazırlanır.
Azərbaycanlı teatr rejissoru Mikayıl Mikayılovun bildirdiyinə görə, o da bu layihədə iştirak üçün dəvət alıb və layihə çərçivəsində yayımlanacaq tamaşalardan birinin müəllifi olacaq.
24 aprel tarixində sonlanacaq layihənin final bölümü həmin gün tamaşaçılara təqdim ediləcək. 

Qeyd edək ki, bütün tamaşalar www.hektomeron.com ünvanında yayımlanır.

Load Time (S) : 0.005054