Kanadalı aktyor Christopher Plummer 91 yaşında vəfat edib. Plummer ABŞ-ın Konnektikut əyalətindəki evində dünyasını dəyişib. Vəfat edərkən həyat yoldaşı Elaine Taylor yanında olub.
46 illik meneceri və dostu Lou Pitt Plummeri "işinə hörməti və dərin bağlılığı ilə seçilən fövqaladə insan” adlandırıb. Plummerin Kanada üçün milli bir sərvət olduğunu söyləyən Pitt – “O, sənəti və insanlığı ilə qəlbimizə toxunmağı bacarırdı. Onun əfsanəvi həyatı illər boyu davam edəcək. O, sonsuza qədər bizimlə olacaq” – deyib.
Plummer 82 yaşında Oskar alan ən yaşlı insan kimi tarixə düşüb.
BBC Türkün verdiyi xəbərə görə, Plummer, 2012-ci ildə “Beginners” filmindəki roluna görə “Ən yaxşı yardımçı aktyor” nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş, 2010-cu ildə “The Last Station” və 2018-ci ildə “All the Money in the World” filmləri Oskara namizəd olmuşdu.
Kino Sənətləri və Elmləri Akademiyası başsağlığı mesajında Plummeri "izləyiciləri heyran edən aktyor" adlandırıb və onun hər zaman ehtiramla xatırlanacağını bildirib.
BAFTA isə yayımladığı mesajda 1950-ci illərdən bəri Plummerin uğurlarından, gördüyü işlərdən danışıb.
2016-cı ildə "The Exception" filmində birlikdə rol aldığı aktyor Eddie Marsan Plummerin ölümündən sonra verdiyi açıqlamada "Artıq sübut edəcək bir şeyi yox idi. Bu səbəbdən də tamamilə sərbəst, nəzakətli, komik, dəcəl Plummeri izləmək gözəl idi. Qəbri nurla dolsun...”
CRİSTOPHER PLUMMER HAQQINDA
Brodveydə və Royal Shakespeare Company-də oynadığı rollar və televiziya və kino sahəsində iştirak etdiyi yüzlərlə layihə sayəsində möhtəşəm bir karyera quran Plummer Julie Andrews ilə birlikdə oynadığı “The Sound of Music” müzikli ilə məşhurlaşmışdı.
1929-cu ildə Torontoda anadan olan Plummer, uşaqlıqdan incəsənətlə maraqlanırdı. Babası Sir John Abbott Kanadanın keçmiş baş naziri olduğu üçün Plummerin uşaqlığı da Monrealda keçmişdi.
Aktyorluq karyerasından əvvəl fortepiano ixtisası üzrə təhsil alan Plummer fortepianoda peşəkar ifa etməyi "çox tənha və çox çətin bir iş" kimi qəbul edirdi.
Plummer ilk dəfə 1954-cü ildə Nyu-Yorkda aktrisa Mary Astor ilə birlikdə səhnəyə çıxmışdı. 1958-ci ildə “Stage Struck” filmində debüt etmişdir. 1974-cü ildə isə Sirano de Berjerak roluna görə Tony mükafatına layiq görülmüşdür.
Aktrisa Tammy Grimes də daxil olmaqla ümumilikdə üç dəfə evlənən Plummer, 1970-ci ildən bəri ingilis rəqqasə və aktrisa Elaine Taylor ilə evli olmuşdur.
Mənbə: www.birgun.net
Oxşar yazılar
Ötən dövrlər ərzində, Azərbaycan milli teatr sənəti dialektik anlamda qəbul etsək, çox dəyişmiş, təkmilləşmişdir. Dəyişən dünyamızın dəyirmanında üyüdülən dəyərlər az olmasa da, milli mədəniyyətimizin öz təbi...
İncəsənət adamları, xüsusən də xanımlar bir az kövrək olurlar. Alqışdan, gül dəstəsindən, hətta ünvanlarına səslənən xoş sözdən belə xoşbəxt ola bilirlər, sanki onlara dünyanı bəxş edirsən. Müsahibim xalq arti...
TeatrO.az sənət portalı Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı” layihəsinə başlayır. Layihənin ilk qonağı teatr və kino aktrisası, Əməkdar artist Mehriban Zəkidir.
Dağlar Yusif:...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
19 iyun
Ç.Aytmatov "Manqurt" saat 19:00
20 iyun
R.İbrahimbəyov "Biganələr oteli" saat 19:00
21 iyun
Elçin "Mənim sevimli dəlim"...
Azərbaycan Dövlət Akademik Milli dram Teatrı
23 yanvar
Ç.Aytmatov “Manqurt” saat 19:00
24 yanvar
Ə.Əmirli “Şah Qacar” saat 19:00
25 yanvar
Aleksey Tolstoy “Buratino axmaqlar ölkəs...
Bu il Moskvada keçirilən “Lyubimovka” Gənc Dramaturqlar Festivalı sentyabrın 5-də start götürüb. Festival proqramına Bakı, Sofiya, Kiyev, Moskva, Sankt-Peterburq, Ufa, Almatı, Nijnevartovsk, Şahovskaya, Samara, Omsk, Minsk, Ryazan və Vladivasto...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səbail rayonu İcra hakimiyyəti, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı, Azərbaycan UNESCO Assosiasiyası , ASAN Könüllüləri Təşkilatı və “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə koronavirus pande...
Bu gün Azərbaycan teatrının 147 yaşı tamam olur. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru Xalq artisti, professor Azər Paşa Nemətovla Lent.az -da teatrın bu g&uum...
Teatro.az sənət portalı Rusiyalı teatrşünas Kristina Matvienkonun məqaləsini təqdim edir.
“2019 Teatr Olimpiadası” Arzamas jurnalı ilə birlikdə gündəlik olaraq “Günün tamaşası” layihəsini keç...