TEATRO

TEATRO

sənət portalı

post-title

Məşhur gürcü rejissor vəfat edib

Tanınmış gürcü senaristi, teatr və kino rejissoru, rəssam Rezo Qabriadze 85 yaşında vəfat edib.

Bu barədə yerli KİV mərhumun yaxın qohumlarına istinadən məlumat yayıb.

Artıq Gürcüstanın Mədəniyyət nazirliyi də məşhurun ölümünü təsdiq edib və onun vəfatını “ölkə mədəniyyəti üçün əvəzolunmaz itki” adlandırıb.

Qeyd edək ki, 1936-cı ildə Kutaisidə anadan olan R.Qabriadze “Ne qoryuy”, “Mimino”, “Kin dza dza” kimi 35-dən çox filmin ssenari müəllifi olub.

O, 1981-ci ildə Tbilisi Marionet Teatrını yaradıb və hazırda teatr onun adını daşıyır.

R.Qabriadze SSRİ Dövlət mükafatçısı (1989), “Nika”, “Triumf”, “Qızıl maska” (Rusiya) mükafatlarının sahibi, eləcə də Fransanın İncəsənət və Ədəbiyyat ordeninin kavaleri olub.

Load Time (S) : 0.004898