TEATRO

TEATRO

sənət portalı

post-title

Məşhur aktrisa vəfat etdi

Görkəmli bəstəkar Səid Rüstəmovun qızı Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinalar adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır. Aktrisa Moskvada yaşayırdı. Aktrisa və pianoçu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Load Time (S) : 0.003710