Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 aprel 2025-ci il tarixində görkəmli teatrşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamlayıb və Məryəm xanımı yubileyi münasibətilə təbrik edib. Ardınca tədbiri teatrşünas, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə davam etdirib.
Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış, Məryəm Əlizadənin həyat və fəaliyyətini əks etdirən videoçarx, həmçinin rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun və Xalq yazıçısı Elçin Əfəndiyevin müsahibələrindən videolar nümayiş olunub.
Tədbirə dəvət olunmuş qonaqlardan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov, Xalq artistləri Həmidə Ömərova, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, tarzən, Xalq artisti Zamiq Əliyev, Əməkdar artist Firdovsi Atakişiyev, rejissor Mahmənzər Məmmədrəsulqızı, rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səkinə Bağırova, Məryəm Əlizadənin doğmaları Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Səlim Əlizadə yubilyarla bağlı ürək sözlərini bölüşüblər. Xalq artisti Hacı İsmayılov Məryəm xanıma yubileyi münasibəti ilə təltif olunduğu Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanını, professor İsrafil İsrafilov Uluslararası Türk Kültürü Təşkilatı - Türksoyun medal və diplomunu təqdim ediblər. Həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Bağırova Məryəm xanımın portreti əks olunmuş xalçanı yubilyara hədiyyə edib.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solistləri Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyev konsertmeysterlər Fidan Məmmədova və Kamil Həsənovun müşayiəti ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin və maestro Niyazinin əsərlərini ifa ediblər. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Xalq artisti Gülyanaq Məmmədova tarda Emil Mirzəyevin, kamançada Niyaməddin Allahverdiyevin, nağarada Yusuf Rüstəmovun müşayiətilə xalq mahnılarından seçmələr ifa edib.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, muzey işçiləri, media nümayəndələri, yubilyarın ailə üzvləri və dostları iştirak ediblər.
Tədbirin yekununda yubilyar bütün iştirakçılara öz təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkilib.

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...