Pandemiya ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırsa da, YUĞ Dövlət Teatrı tamaşaların internet resursları vasitəsilə yayımını davam etdirir. Elan edilmiş virtual repertuara əsasən, iyun ayının 25-də saat 19.00-da teatrın son işlərindən olan “Mənəm, mən…” tamaşası YUĞ-un youtube kanalı və facebook səhifəsində nümayiş olunacaq.
İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm, mən...” tamaşası Yuğ Dövlət Teatrının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanıb. Yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Ziya Ağa (Seyid Əli Şamlı), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah) və Elşən Əsgərov (Fərraş) çıxış edirlər.
Nəsimi şəxsiyyətinə, onun zəngin mənəviyyatına və əngin zəkasına özünəməxsus nəzər salan tamaşada hürufi şairin həyatı və amalı uğrunda mübarizəsi fərqli yozumlarda təsvir edilir. Mistik-psixoloji dram kimi hazırlanan səhnə əsərində konkret olaraq, Nəsimi obrazı yoxdur. Əvəzində, Nəsimi ruhu, hürufi fəlsəfəsinin müxtəlif personajların simasında əyaniləşən təzahürləri var. Seyid Əli hamisi Şeyx Əzəm Şəmsəddin Bağdadinin göstərişi ilə hürufiliyin kökünü kəsmək və Nəsimini edam etdirmək üçün şairin izinə düşür. O, bu zaman özlərini Nəsimi kimi təqdim edən personajlarla üzləşir və onları edam etdirir. Bu obrazlar fərqli aspektlərdən Nəsimi məninin təzahürlərini, hürufiliyin hikmətlərini çatdırır. Hər biri “Nəsimi, mənəm, mən” deyərək hürufilik əqidəsi uğrunda ölümə gedirlər. Həqiqətə işıq salmağa çalışan, haqqa dəvət edən hürufilərlə ünsiyyət, Seyid Əlini sarsıdır, şüurunda dərin iz qoyur, içində gizlətdiyi haqqı zahirə çıxarır. Nəticədə Seyid Əli özü Nəsimiyə çevrilir və hürufi məqamına yüksələrək “Ənəlhəq” deyib haqqa qovuşur.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...