"Getmişdim Migel De Servantesin Don Kixot romanının motivləri əsasında hazırlanan “PSİX” tamaşasına. Don Kixotu yeniyetmə vaxtı oxumuşdum, sonra tamaşasına da baxmışdım. Opera ve Balet teatrında L.Munkusun Don Kixot baletinin tamaşası olacaq xəbəri də məni sevindirmişdi. Gənc rejissor Ərtoğrulun statusunda “Psix” gördükdə düzü diqqətimi çəkdi, əcəba fərqli nə qatıla bilər ki 400 (ilk kitab 1605) yaşlı Don Kixota?
Əvvəla, zalın dolu olması sevindirici idi. Bu məni biraz da həyacanlandırırdı.
Kiçik monoloqla başlayan səhnə bir az adamı hazırlayır kimi idi tamaşaya. Monoloq birdən səhnədəki adamlarla dialoqa çevrildi. Birinci önəmli səhnə tamaşa başlayanda insan beynini xatırladan qarışıq ataklar, təşvişlər idi. Necə ki, şezofren üçün gerçək, amma gerçəkdə olmayan səslər… Bu səslər kimin bəstəsidir bəs? Bədən dili, daxildən gələn komandanı ildirım surəti ilə yerinə yetirmə… Pasientlərim canlanırdı o an gözümdə. Mən tamaşaya sırf psixoloji aspektdən yanaşacağam.
Cəngavərlik romanını oxuyan Don Kixot bizim psixiatriyadan bildiyimiz Böyüklük sayıqlaması yaşayır... Var-dövlət sayıqlaması… Sevgi, erotika sayıqlaması (hər hansı birinin ona aşiq olduğuna, “uzaqdan-uzağa dəlicəsinə sevdiyinə” tam qətiyyətlə inanırlar. Belə xəstələr inadkarlıqla “sevgililəri” ilə görüşə can atırlar, onu addım-addım izləyirlər)
Aktyorların bədən dili, mimika... uyğun idi psixoloji vəziyyətə…
Mənə görə ən maraqlı məqam ironiyalar idi. Hər bir vətəndaş dövləti və dövlətçiliyi üçün çalışmalıdır. Düşünürəm ki, rejissor da öz sahəsində xidmətini bu yöndə ifadə etməklə “Don Kixot”ları tənqid edirdi.
Migel de Servantes Saavedranın La-Mançlı Dahi Cənab Don Kixot romanına psixoanalitik nəzər salırıq. Biz Don Kixotun klinik sərgüzəştlərini və səyahəti zamanı qarşılaşdığı diaqnostik şərhləri izləyərkən cəngavəri psixoz dünyasına yerləşdirən və onun macəralarının klinik məntiqini qurmağa çalışan bir sıra psixoanalitik hadisələri araşdıraq Lakanın Bovarianizmlə bağlı fikirlərinin müzakirəsi, ədəbiyyat və psixoanaliz arasındakı əlaqənin qiymətləndirilməsi vasitəsilə biz ikinci fəslə gəlirik ki, burada cəngavərimiz artıq dəlilik modeli deyil, normallıq nümunəsidir.
Burada Don Kixot insan şəxsiyyətinin və subyektivliyinin povest və fantaziyada necə kökləndiyinin paradiqmatik nümunəsinə çevrildi. Hər birimiz aldanmaların və anlaşılmazlıqların idarə etdiyi dunyanı gəzən Don Kixota çevrilirik.
Alonso Kijano-Kixotun qəribəlikləri simptomatik psixoz kimi qəbul edilir. Quijano Don Kixot olduqdan sonra keçdiyi proses onun narahatlığının ifadəsidir və alçaldılma yolu ilə möhtəşəm narsissizmini dağıtmaq üçün səyahətləri zamanı gördüyü işlərdəki təkamül onu təvazökar edir, asılılıq və daxili münaqişələri dərk edə bilir.
Alonso Quijano'nun narahatlığı qocalıqla və ölümə yaxınlaşdıqca gələn narahatlıqlarla üzləşdiyi zaman başlayır. Yaşla həll olunmayan daxili münaqişə təzminatlara və yaradıcılığın stimullaşdırılmasına, yetkinliyə gətirib çıxara bilər. Zəif həll edildikdə, iştirakçı psixoza çevrilir.
Tamaşa da Alonso Quijano-nun Don Kixota çevrilməsi zamanı baş verən prosesləri narahatlığının ifadəsi kimi təsvir edir və onun böyük narsissizmini müalicə yolu ilə aradan qaldırmaq üçün etdiyi səyahətlər zamanı təkamülü təsvir edir. Onu təvazökar edən, asılılıq və daxili konfliktləri dərk etməyi bacaran alçaldılma, nəhayət, ölümündən bir qədər əvvəl depressiv vəziyyətin dərindən işləməsi və şizo-paranoid fazasının həlli ilə yekunlaşır. Rejissor sanki sağalmaq üçün bir yol göstərir. Özü bu qədər şeydən xəbərdardırmı? Qəribədir…
Mən Kim olduğumu bilirəmmi?
Don Kixot dörd əsr əvvəl "Mən kim olduğumu bilirəm" demişdi, lakin insanlar indi, bu keçməkeşli vaxtlarda çətin ki, eyni şeyi deyə bilirlər və doğrudan da, Don Kixot da bu fikri təkrarlamış ola bilər. Hər-halda, müzakirə olunası, analiz olunası, intelektual masa yaratmağa məcbur edən bir işdir. Teatr, yoxsa müalicə mərkəzi? Bəlkə də elə müalicə mərkəzi. Kimi sağaltmaq istəyirsən axı? Qəribədir”
Müəllif: Sevinc Əlizadə
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...