TEATRO

TEATRO

sənət portalı

post-title

Mən də “Covid-19 neqativəm“ deyə bildim...

Aktrisa Ayşenil Şamlıoğlu, karantin dövründə yeddi qadının hekayəsindən bəhs edən “Her güne bir vaka” (“Hər günə bir hadisə”-red.) adlı onlayn tamaşa ilə izləyicilərin görüşünə gəlib. Koronavirusdan xilas olan oyunçu, “sonda, tamaşadakı kimi, Mən, bayan Çərşənbə, Covid-19 neqativəm” deyə bildim” ifadələrini işlədir. 
Birgün qəzetinin müxbiri Işıl Çalışkanın aktrisa ilə müsahibəsini oxuculara təqdim edirik: 
Həftənin günlərinin adlarını daşıyan yeddi qadından yeddi koronavirus hekayəsi... “Her güne bir Vaka” teatr tamaşası bir Rotterdamlı gənc, bir yükdaşıma işçisi, bir təqaüdçü müəllimə, bir tibb bacısı, bir ev xanımı, bir psixoloq-məşqçi və bir aktyorun başına gələnləri izləyicilərə göstərir. 
Kimisində Covid-19 müsbət, kimisində mənfi çıxmış, hər biri təcrid şəraitində, fərqli profildə olan yeddi qadın pandemiya günlərində yaşadıqları şəxsi hekayələrini tamaşaçılara çatdırır. Aktrisa Ayşenil Şamlıoğlu isə yaşı 65 yaşdan yuxarı olan, küçəyə çlxmaq icazəsi olmayan təqaüdçü müəllimə rolunu canlandırır. 
24-cü İstanbul Teatr Festivalında göstərilən tamaşa 14 dekabr tarixinədək online.iksv.org saytında nümayiş olunacaq.   
Şamlıoğlu ilə tamaşa haqqında danışdıq. 
-Ayşenil xanım, keçmiş olsun. Koronavirusdan xilas olmuş biri kimi,  “Her güne bir vaka” da oynamaq sizin üçün daha mənalı oldu deyə düşünürəm ... 
-Bəli, bu layihəyə start verdiyimiz zaman pandemiya yeni başlamışdı. Hamımız özümüzü evlərə qapatmışdıq. Layihəni öz evimizdən çəkdiyimiz videolarla yaratdıq. Dostlarımla qurduğumuz WhatsApp qrupu üçün çəkdiyim videoda “Ben bayan Çarşanba Covid-19 neqativim” dedim.  Sonda bu cümləni demək mənim nəsibim oldu.  Həqiqətən, çox ironikdir (Gülür). 
65 yaşdan yuxarı insanların səsi ola bildimsə, nə böyük xoşbəxtlik. 


-70 yaşlı təqaüdçü müəllimin rolunu oynayırsınız.  Oyunda, 65-dən yuxarı yaş qadağası ilə uzun müddət evdən çıxa bilməyən bir bölümü təmsil edirsiniz.  Bu bölüm, məncə, koronavirus dönəminin psixoloji təsirini ən çox hiss edənlərdən biridir, elə deyilmi? 
-Fərqli sosial vəziyyətə, cinsi oriyentasiyaya və təhsil səviyyəsinə malik yeddi fərqli qadın, pandemiya ilə bağlı yaşadıqlarını bizə anlatdı. Mən Miss Çərşənbə olaraq 65 yaşı çoxdan tamam olmuş, 70 yaşlı təqaüdçü müəllimi oynadım.  “Buna bənzər bir rol necədir?”, dediyiniz zaman çox sevindim.  Çünki 65 yaşdan yuxarı insanlara, biz bunu səni qorumaq üçün etdiyimizi söylədiyimiz zaman, əslində onları təhqir etdiyimizi və onlara pis münasibət göstərildiyimizi bilirdim.  Bu səbəbdən həmin mərhələ çox üzücü və təsirli bir dövrdü.  Bəli, sən onu qorumaq üçün edirsən, amma ona həm fiziki, həm də mənəvi zərər verirsən.  Çünki o yaş dövründə insanların həyatla əlaqəsini itirmədən ünsiyyət qurması, gəzintiyə çıxması və hərəkətdə olması məcburi bir ehtiyacdır. Siz yaşlı adamları tamamilə təcrid etdikdə sürətli demansa və ya Alzheimer xəstəliyinə aparacaq təhlükəli bir prosesin qapısını açırsınız. Və ya fiziki xəstəliklər... evdə bu qədər hərəkətsiz qaldıqda Gənclərin bədənindəki tarazlıq pozulmağa başlayır.  Yaşlı adamın başına nələr gəlməz?  Beləliklə, Miss Çərşənbəni oynamaq məni xoşbəxt etdi.  Bu proses haqqında yaşlı insanlarımızın səsi ola bildimsə, xoşbəxtəm. 
-Ancaq heç nəyə baxmayaraq Çərşənbə “ümidinizi itirməyin” mesajına laqeyd yanaşmır.  Siz ümid anlayışına necə baxarsınız? 
-Biraz çox romantik olduğumu düşünürəm. Özümü tanıdığımdan bəri həmişə belə olmuşam. İnanıram ki, çətin bir macəra olan həyat yolunu ümid bağlamadan və möcüzələrə inanmadan tamamlaya bilmərik. Xüsusilə, yaşadığımız bu əsrdə, 2020 kimi dəhşətli bir ildə bu qədər romantik olmağım təəccüb doğura bilər, amma bu romantizm məni həyata bağlayır. Həyat hər halı ilə gözəldir. Mən hər səhər üzümə su vurub, dağınıq surətimə baxıram və “Qız, səni çox sevirəm” deyib, beləcə günümə başlayıram. Covid 19-a qalib gəlmək dönəmimdə belə olmağa xüsusi diqqət etdim. 


Söz azadlığı olmazsa olmaz 
-Şiddətə məruz qalan ev xanımı, səhiyyə işçisi, kuryer ... Bu fərqli hekayələrlə 7 qadını bir araya gətirən videoda söz azadlığı mesajı da var.  Bu gün Türkiyədə bu tamaşanın səhnələşdirilməsi necə bir məna daşıyır? 
-Tamaşada hər qadın fərdi və ya sosial ifadə azadlığından bəhs edir. Xüsusilə mənim xarakterim daha kritikdir. Qəribədir ki, yaşlandıqca əlinizdəki ələyi ələdiyinizdə əslində, insan olaraq olmazsa olmazlarınız qalır.  Müəyyən bir yaşda müəyyən bir dövrdə sizin üçün vacib olan lazımsız şeylər onsuz da axıb gedir.  Əsas olanlar fərdi azadlığınız və düşüncə azadlığınızdır. Özünüzü ifadə edə bilmək.  Bir fərd olaraq özümü ifadə edə bilməsəm, hər hansı bir vəziyyətlə bağlı düşüncələrimi səsləndirə bilməsəm, mən insan olmayacağam.  İnsan olmağın ən əsas xüsusiyyəti mənə verilmiş bu beyni və hissi istifadə edə bilməyimdir.  Beynimlə düşünəcəyəm, vicdanımla çəkəcəyəm, duyğularımla qidalanacağam və özümü ifadə edəcəyəm.  Bunları edə bilməsəm, özümü insan hesab etmirəm. 
-Onlayn tamaşa təcrübəsini necə təsvir edərdiniz? Tamaşaçı ilə göz-gözə olmadan oynamaq necə idi? 
-Əslində, əlbəttə ki, kamera qarşısında olmaq vərdişim var. Tülinin də (Özen) həmçinin. Ancaq səhnədə olmaq və kameranın kiçik işığından xəbərdar olmaq fərqli bir təcrübədi. Çünki bir film və ya bir serialın çəkilişində deyilsiniz.  Səhnədəsiniz və səhnədə var olmaqla və kamera qarşısında mövcud olmağın ortasında bir şey edirsiniz. Düzdür, oynadığımız çox tamaşa çəkilib, amma o ayrı bir şeydir, səhnədə birbaşa rəqəmsal media üçün bir iş görmək isə tamam fərqli bir şey. O vaxt Cuneyt salonda idi. Cüneyti özüm üçün tamaşaçı seçdim və onun üçün oynadım. Yəni kameraya oynamadım, tamaşaçıya oynadım. 
-Önümüzdəki günlər üçün hər hansı bir plan varmı? 
Hazırda yaxın günlər üçün bir layihə düşünmürəm. Oynadığım “Menecerimi ara” serialı davam edir. Əlbətdə ki, tamaşa hazırlamaq və səhnədə olmaq başqa bir həyəcandır.  Ancaq teatrlarımızın nə qədər çətin yoldan keçdiyini bilirsiniz.  Hər mənada böyük bir problem var. 

Tərcümə edən: Leyla Hüseynzadə 

 

Load Time (S) : 0.003026