ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət nümayəndə heyəti 20-22 may tarixlərində keçirilən “TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında iştirak ediblər. Festivalın təşkilatçısı Qazaxıstan Respublikasının Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasıdır. Tədbir Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və TÜRKSOY-un təşəbbüsü ilə təşkil olunub.
Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan gənc istedadlar iştirak ediblər.
Mayın 20-də öncə Abay adına Opera və Balet Teatrının Ermek Serkebayev adına Kamera Zalında KİV üçün mətbuat konfransı, sonra isə festivalın rəsmi açılış mərasimi keçirilib. Mətbuat konfransında TÜRKSOY-un Baş katibi Sultan Raev, ADMİU-nun rektoru C.Mahmudova və festivalda iştirak edən digər beş təhsil müəssisəsinin rektorları iştirak ediblər.
Səfər çərçivəsində Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında rəsmi görüş baş tutub və iki tərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumu hər iki ali təhsil müəssisəsinin rektorları imzalayıblar.
Müqaviləyə əsasən, təhsil və incəsənət sahələrində birgə layihələr, akademik mobillik, ikili diplom proqramı, müəllim və tələbələrin təcrübə mübadiləsi, yaradıcılıq görüşləri və elmi əlaqələrin inkişafı nəzərdə tutulur.
“TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında ölkəmizi ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil ediblər. Onlar mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə səhnəyə çıxıblar.
SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbəsi Rahib Allahquliyev Festivalın “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub. Tələbə öz sevincini və festivalla bağlı təəssüratlarını saytımızla bölüşüb: “Türk dünyası” III Beynəlxalq Tələbə Teatrları Festivalı bizim üçün ən unudulmaz hadisələrdən biri oldu. Bu günlər ərzində bir ustad dərsləri keçdik, Qazaxıstanın sənət dünyası ilə yaxından tanış olduq, müxtəlif türkdilli ölkələrdən gələn tələbələrin tamaşalarına baxdıq. Bütün bunlar bizim üçün böyük təcrübə oldu. Düşünürəm ki, burada öyrəndiklərimiz bizim həm tələbə kimi bundan sonrakı tədrisimizdə, həm də gələcək karyeramızda çox kömək olacaq.
Bizim festivalda təqdim etdiyimiz “Yay gecəsində yuxu” rok balladasında bizim bütün bacarıqlarımız- plastika, rəqs, aktyor sənəti, musiqi birləşmişdi. Mən əsərdə üç obraz canlandırırdım. Onlardan Pak obrazı daha zəngin, daha dinamik idi ki, mən bu obrazla bütün bacarıqlarımı nümayiş etdirə bilirdim. Bunun üçün kurs rəhbərim Mikayıl müəllimə və aktyor sənəti müəllimim Ruslan İsmayılova təşəkkür edirəm ki, bizim üzərimizdə çox çalışdılar, bizi yüksək səviyyədə həm tamaşaya, həm də obrazlarımıza hazırladılar. Onların zəhmətlərinin bəhrəsidir ki, mən festivalda “Ən yaxşı kişi rolu”na layiq görüldüm. Bizim üçün gözlənilməz və çox qürurlu an idi. Mükafatın təqdimatı üçün səhnəyə çıxanda Azərbaycan komandasının, xüsusən hörmətli rektorumuz Ceyran xanım Mahmudovanın gözlərindəki sevinci, həyəcanı görmək məni çox fərəhləndirdi, özümü daha da xoşbəxt hiss etdim.
Bu bütün universitetimizin, ölkəmizin uğurudur. Bu uğura görə universitetimizin rəhbərliyinə, SABAH qruplarına və müəllimlərimə təşəkkür edirəm!”
Qeyd edək ki, kurs rəhbəri Mikayıl Mikayılov, aktyor sənəti müəllimi Ruslan İsmayılovdur. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.
Həmçinin, festival çərçivəsində ADMİU-nun nümayəndələri fəxri mükafatlara layiq görülüblər.
Belə ki, ADMİU-nun rektoru professor Ceyran Mahmudova incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə görə Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən qızıl medala layiq görülüb.
ADMİU rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədovaya Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası tərəfindən həm qızıl medal, həm də fəxri professor attestatı verilib.
Həmçinin, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor, sözügedən festivalın münsiflər heyətinin üzvü İsrafil İsrafilov da incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə və festivalın münsiflər heyətində təmsil olunduğuna görə qızıl medalla təltif olunub.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...