Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə II “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.
FESTİVAL "ŞUŞA İLİ"NƏ İTHAF OLUNUR. Bildiyiniz kimi, ölkə Prezidentinin Sərəncamları ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il Şuşa ili elan edilmişdir. Şuşa hər zaman xalqımız üçün xüsusi dəyərə malik bir şəhər olmuş, milli kimliyimizin rəmzinə çevrilmişdir. 44 günlük Qarabağ müharibəsində Şuşa şəhərinin qəhrəman döyüşçülərimiz tərəfindən işğaldan azad edilməsi isə xalqımızın qazandığı Qarabağ Zəfərinə möhür vurmuşdur. Bu gün Şuşa təkcə Qarabağın tacı deyil, eyni zamanda, bütün dünya azərbaycanlılarının and yeri, qürur mənbəyidir.
Ötən ilin noyabr ayında baş tutan ilk festivaldan fərqli olaraq II “4.4 Qısa Tamaşalar Festivalı”nda tamaşaların onlayn deyil, canlı təqdimatı nəzərdə tutulur. Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq ki, bu da teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.
Janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir.
Mükafatlandırma:
Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.
Mükafat fondu:
• I Yer: 5000 AZN
• II Yer: 3000 AZN
• III Yer: 1500 AZN
Qeyd: Hər yer üzrə bir qalib seçiləcək.
Müsabiqəyə qəbul şərtləri:
1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər.
2. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.
3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər.
4. Festivala yalnız yeni tamaşalar qəbul edilir.
5. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.
6. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 44 dəqiqədən artıq olmamalıdır.
7. İştirakçılar tamaşaların treylerini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.
8. Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq 4.4festival@teatro.az elektron poçt ünvanına göndərilməlidir.
Qeyd: Son tarixdən (15 oktyabr 2022-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.
9. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
10. Təqdim edilməli materialların və sənədlərin siyahısı:
• Müraciət forması (yükləmə üçün tıklayın)
• Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində 30-60 saniyəlik treyleri
• Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində ümumi plan çəkilişi
• Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).
• Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
• Tamaşanın rayderi.
Qeyd: Tamaşaların treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.
Əlaqə vasitəsi: +994 506602025
Yazardan aid digər yazılar
2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur.
Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mi...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 100 illik yubiley münasibətilə Pillə 2 Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2023-cü il 5-9 iyun tarixlərində baş tutacaq Festival tələbələri yaradıcılığa ruhl...
27 yanvar tarixində YUĞ Dövlət Teatrında “Toy dəsgahı” tamaşasının növbəti premyerası keçirildi. C.Məmmədquluzadənin “Çay dəsgahı” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gü...
Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unive...
2023-cü ilin yanvarın 14-də milli teatrımızın görkəmli rejissoru və pedaqoqu Tofiq Kazımovun anadan olmasının 100 ili tamam oldu.
Azərbaycan teatrının ən istedadlı və yenilikçi rejissorlarından olan Tofiq Kazımov 1942-ci ildə Teat...
Son vaxtlar teatr məkanımızda yaranan tamaşalar haqqında o qədər qarışıq fikirlər səslənir ki, nəyin yaxşı, nəyin pis olması barədə fikir söyləmək belə çətinləşir.İndi hətta yaxşı olmayan hansısa bir işi, hansısa “zərurətdən” ...
В театральном мире Азербайджан в последнее десятилетие ассоциируется с Бакинской международной театральной конференцией. Баку был местом встречи выдающихся театральных деятелей, теоретиков и критиков театра, продюсеров, руководителей фестивалей, теат...
Rejissor Konstantin Soldatovun ustad dərsi baş tutub
Bakıda səfərdə olan rusiyalı rejissor, "Qızıl maska" mükafatı laureatı Konstantin Soldatov Ritual Mobil Teatr Laboratoriyasında aktyorluq üzrə ustad dərsi keçib. Rejisso...
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tari...
Ritual Mobil Teatr Laboratoriyası təqdim edir:
14 Yanvar – “Avatar” Aktyor təlimi
16.00-19.00
1 saat – Təlim. Oyunçunun ruhunun axtarışı.
2 saat – Özünütəqdimat, özünə kən...