Teatro

yüklənir...

TEATRO

TEATRO

sənət portalı

post-title

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı “4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edir

Azərbaycan Respublikasının Mədəniyyət NazirliyiTeatro.az sənət portalı xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.

Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin 44 günlük müharibəsində azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması milli teatr sənətində də öz təcəssümünü tapmalıdır. Digər tərəfdən, artıq ikinci ildir davam edən pandemiya ilə bağlı tətbiq edilən karantin şəraitinə görə teatrlarımız, demək olar ki, fəaliyyətsizdir. Bu mənada, “4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.  Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaradacaq.

MÜSABİQƏNİN MÖVZUSU: Müharibə

Mükafatlandırma:

Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.

Mükafat fondu:

  • I Yer: 1.500 AZN
  • II Yer: 1.000 AZN
  • III Yer: 750 AZN

Qeyd: Hər yer üzrə bir qalib seçiləcək.

Müsabiqəyə qəbul şərtləri:

1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər.

2. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər.

4. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.

5. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır.

6. Müsabiqəyə təqdim edilən işlər film-tamaşa formatında da ola bilər.

7. İştirakçılar tamaşaların videoyazısını və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.

8. Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2021-ci il tarixindən gec olmayaraq 4.4festival@teatro.az elektron poçt ünvanına göndərilməlidir.

Qeyd: Son tarixdən (15 oktyabr 2021-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.

9.      Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.

10. Təqdim edilməli materialların və sənədlərin siyahısı:

  • Müraciət forması
  • Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videoyazısı
  • Tamaşanın 30-60 saniyəlik treyleri.

Qeyd: Tamaşaların videoyazısı və treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.

  • Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
  • Tamaşadan 3 ədəd fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).

Əlaqə vasitəsi: +994 506602025