Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində BDU tələbələrinin dünya və Azərbaycan klassikasının ən parlaq nümunələri ilə tanışlığı davam edir. Ötən həftə Akademik Milli Dram Teatrında dahi Mirzə Cəlilin “Ölülər” tragikomediyasının yeni səhnə təfsirinə tamaşa edən gənclər bu dəfə dünya mədəniyyətinin əvəzsiz inciləri ilə tanışlıq imkanı qazanıblar. Tələbələr may ayının 24-də Akademik Musiqili Teatrda "Paris Notr-Dama ithaf" tamaşasına baxıblar. Dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun quruluşunda hazırlanmış tamaşa tələbələr tərəfindən maraqla qarşılanıb. Gənclər 2 saat ərzində incəsənət dünyasına qərq olmaq, XII-XIV əsrlərdə tikilmiş, bir çox tarixi hadisələrə şahidlik etmiş əsrarəngiz Notr-Dam kilsəsi ilə, V.Hüqo qələminin möcüzəli toxunuşu ilə yaranmış əsərlə və bir-birindən gözəl musiqi nömrələri, parlaq aktyor ifaları ilə zəngin maraqlı tamaşa ilə tanış olmaq imkanı qazanıblar.
.jpeg)
Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.

Bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunmuş tamaşada əsas rolları Əməkdar artist Nadir Xasıyev aktyorlar Mehriban Zalıyeva, Nicat Əli, Emin Zeynallı, Hüseyn Əlili və başqaları ifa edib.
Tamaşadan sonra öz təəssüratlarını bölüşən tələbələr tamaşadan böyük zövq aldıqlarını, “Mədəni gənclik” layihəsi çərçivəsində qatıldıqları tədbirlərin onların dünyagörüşünün və mədəni zövqünün formalaşmasına böyük təsir göstərdiyini qeyd ediblər.
Xatırladaq ki, gənclərin incəsənətə marağının artırılmasını əsas məqsəd kimi qarşıya qoyan layihə iyun ayının sonuna qədər davam edəcək.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...