Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı növbəti dəfə “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tələbələr M.F. Axundzadənin müəllifi olduğu “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasına baxıblar. 
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur. 
Səhnə əsərində rolları Xalq artistləri Sabir Məmmədov, Cəfər Namiq Kamal, Əli Nur, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elnar Qarayev, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Kazım Həsənquliyev və Mirzə Ağabəyli, Ayşad Məmmədov, Rəşad Bəxtiyarov, aktyorlar Nigar Güləhmədova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Elsevər Rəhimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Şəhla Əliqızı, Rada Nəsibova, Cümşüd Zeynalov və İlyas Əhmədov ifa edirlər. 
Fərqli rejissor yozumu, parlaq aktyor ifası, rəngarəng səhnə tərtibatı ilə fərqlənən səhnə əsəri tamaşaçıların alqışlarını qazanıb. Tamaşadan sonra təəssüratlarını bölüşən tələbələr tamaşandan böyük zövq aldıqlarını bildirib və müasir Azərbaycan gəncliyi ilə milli mədəniyyət arasında körpü yaratmağa yönələn “Mədəni gənclik” layihəsinin əhəmiyyətindən danışıblar. 
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılmasına və mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.
Akademik Milli Dram Teatrı ilk dəfə mayın 21-də “Ölülər” tamaşası ilə “Mədəni gənclik” layihəsinə öz qapılarını açmışdı.
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...