Mədəniyyət Nazirliyinin gənclərin incəsənətə marağının artırılması məqsədi ilə həyata keçirdiyi “Mədəni gənclik” layihəsi çərçivəsində BDU-nun tələbələri iki ay ərzində beş mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə baxmaq imkanı əldə edəcəklər. “Mədəni gənclik” layihəsi həmçinin gənclərin incəsənət xadimləri ilə görüşlərini, tələbələrin Mədəniyyət Nazirliyinin “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi, “4.4 Qısa Tamaşalar Festivalı” kimi layihələrində, teatr tamaşalarında və konsert proqramlarında iştirakını nəzərdə tutur.
Mədəni gəncliyə ilk ev sahibliyini S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı edəcək. Layihə çərçivəsində gənclər Rus Dram Teatrının “Müsyö Jordan”, “Yeddi gözəl”, Akademik Milli Dram Teatrının “Ölülər”, “Lənkəran xanının vəziri”, Akademik Musiqili Teatrın “Paris Notr Dama ithaf”, “Məşədi İbad”, “Arşın mal alan” tamaşalarına, Bakı Kamera Orkestrinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konsertlərinə baxacaqlar. Həm də, sadəcə, baxmaqla kifayətlənməyəcək, kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı, rejissoru, aktyor və aktrisaları qiymətləndirmək imkanı qazanacaqlar. Gəncərin baxdıqları tamaşalar və haqqında təəssüratlarını qəlmə ala, Mədəniyyət qəzetində və Teatro.az sənət portalında çap etdirə biləcəklər.
Azərbaycan gənci və Azərbaycan mədəniyyəti arasında körpü yaratmağı, milli incəsənətimizi gənclər arasında təbliğ etməyi hədəfləyən “Mədəni gənclik” layihəsi gələcəyə atılmış desantdır, çünki bu günün mədəni gəncliyi gələcəyin qüdrətli Azərbaycanının qarantıdır. H.Cavidin təbirincə desək,
“Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” (H.Cavid).
Layihə çərçivəsində nümayiş olunacaq tamaşa və konsertlərin cədvəli:
|
N
|
Tarix
|
Tamaşanın adı
|
Məkanı
|
Başlama saatı
|
|
1
|
12 may
Cümə axşamı
|
M.F.Axundzadə
“Müsyö Jordan”
Quruluşçu rejissor: A.Şarovski
|
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
|
19:00
|
|
2
|
17 may
Çərşənbə axşamı
|
Bakı Kamera Orkestrinin konserti
Dirijor: Əməkdar artist Fuad İbrahimov
|
Azərbaycan Dövlət Akademik Filarmoniyası
|
19:00
|
|
3
|
20 may
Cümə
|
C.Məmmədquluzadə “Ölülər”
Quruluşçu rejissor: Xalq artisti Azər Paşa Nemətov
|
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
|
19:00
|
|
4
|
24 may
Çərşənbə axşamı
|
V.Hüqo “Paris Notr Dama ithaf”
Quruluşçu rejissor: Samir Qulamov
|
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
|
19:00
|
|
5
|
31 may
Çərşənbə axşamı
|
Ü.Hacıbəyli “Arşın mal alan”
Quruluşçu rejissor: Əməkdar incəsənət xadimi Hafiz Quliyev
Dirijor: Əməkdar incəsənət xadimi Sevil Hacıyeva
|
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
|
19:00
|
|
6
|
7 iyun
Çərşənbə axşamı
|
Ü.Hacıbəyli “O olmasın, bu olsun”
Quruluşçu rejissor: Xalq artisti Cənnət Səlimova
|
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
|
19:00
|
|
7
|
10 iyun
Cümə
|
M.F.Axundzadə “Lənkəran xanının vəziri”
Quruluşçu rejissor: Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu
|
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
|
19:00
|
|
8
|
14 iyun
Çərşənbə axşamı
|
N.Gəncəvi “Yeddi gözəl”
Quruluşçu rejissor: Con Vaitkus
|
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
|
19:00
|
|
9
|
30 iyun
Cümə axşamı
|
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti
Dirijor: Xalq artisti Ağaverdi Paşayev
|
Azərbaycan Dövlət Akademik Filarmoniyası
|
19:00
|
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...