TEATRO

TEATRO

sənət portalı

post-title

“Mədəni gənclik” Azərbaycan Dövlət Akademik Filarmoniyasında

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi davam edir. 

Ötən həftə Azərbaycan Dövlət  Akademik Rus Dram Teatrında "Müsyö Jordan" tamaşasına baxan Bakı Dövlət Universitetinin tələbələri mayın 17-də Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestrinin konsertini dinləyəcəklər. 

Akademik Filarmoniyanın konsertlərində iştirak edən “mədəni gənclik” həm əylənmək, həm də öz musiqi zövqlərini formalaşdırmaq imkanı qazanacaqlar. 

Qeyd etdiyimiz kimi, gənc nəsil arasında mədəniyyətin və incəsənətin təşviqinə yönəlmiş layihə Azərbaycan mədəniyyətinin sabahına sahib çıxacaq “mədəni gənc”lərin formalaşdırılmasını hədəfləyir.

Load Time (S) : 0.004842