Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operası əsasında hazırlanmış eyniadlı tamaşa yeni tərtibatda tamaşaçılara təqdim ediləcək. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşanın təqdimatı may ayının 14-ü saat 19:00-da baş tutacaq.
Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan “Madam Batterflyay“ azərbaycanlı operasevərlərin də böyük maraq göstərdikləri klassik tamaşalardan biridir. Opera gənc yaponiyalı Qeyşanın amerikalı hərbiçi ilə faciəvi məhəbbətindən, geniş mənada isə Qərb və Şərqin mədəni ənənələrinin uyuşmazlığından bəhs edir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tamaşada əsas partiyanı – Çio-Çio-San partiyasını ifa etmək üçün Musa Cəlil adına Tatarıstan Akademik Opera və Balet Teatrının aparıcı solisti, Tatarstanın Əməkdar artisti, Tatarstan Respublikasının Q.Tukay adına Dövlət mükafatı və vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Gulnora Qatinanı dəvət edib.
Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Azər Rzazadə (Pinkerton), Səbinə Vahabzadə (Suzuki), Əliəhməd İbrahimov (Qoro), Tural Ağasıyev (Yamadori), solistlər Mahir Tağızadə (Şarples), Tələt Hüseynov (Bonza) və b. çıxış edəcəklər.
Opera tamaşası diriljor, Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...