“Lübimovkanın əks-sədası Bakıda” festivalı davam edir. Festivalın 3-cü həftəsində də iştirakçıları maraqlı tədbirlər gözləyir. 20 iyun 2023-cü il tarixində saat 17.00-da jurnalist, art-menecer, teatr prodüseri Zalina Kantemirovanın “Post-həqiqət dövründə müstəqil teatr: nədən asılı deyil və bu gün hansı dildə danışır” mövzusunda mühazirəsi, 19.00-da isə Ruslan İsmayılovun quruluşunda Mixail Durnenkovun “Müharibə hələ başlamayıb” pyesinin Azərbaycan dilində oxunuşu təqdim olunacaq. Hər iki tədbirdə iştirak qeydiyyat yolu ilə mümkündür.  
20 iyun 2023, çərşənbə axşamı
17:00 Tədris proqramı
Mühazirə: “Post-həqiqət dövründə müstəqil teatr: nədən asılı deyil və bu gün hansı dildə danışır”.
Mühazirəçi: Zalina Kantemirova, jurnalist, art-menecer, teatr prodüseri.
Mühazirə eksperiment məkanında mövcud olan müstəqil teatra həsr olunub. Məhz bu teatr tipi yeni teatr dilinin axtarışı ilə məşğuldur və gələcəyin teatrını formalaşdırır. 
O çox vaxt bunu hər şeyə rəğmən, çox vaxt kiminsə dəstəyi ilə deyil, öz entuziazmı ilə edir.
Müasir müstəqil teatr necə sağ qalır, hansı formalarla işləyir və hansı ideyalardan ilhamlanır? Mühazirədə bu suallara cavab axtarlacaq.
Mühazirənin dili: rus dili (Azərbaycan dilinə sinxron tərcümə ilə). Sinxron tərcümə: Tərlan Rəsulov
Qeydiyyat üçün tıklayın

19:00 Pyes oxunuşu
“Müharibə hələ başlamayıb”, dramaturq: Mixail Durnenkov (Helsinki, Finlandiya)
Rejissor: Ruslan İsmayılov.
Rollarda: Fateh, Nigar Mürsəlova və Fəxri Səfərov.
Oxunuşun dili: Azərbaycan dili. Tərcümə: Tərlan Rəsulov.
Yaş həddi: 18+ 
Müzakirənin moderatoru: Vidadi Qafarov, teatrşünas.
Qeydiyyat üçün tıklayın
 
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...