Dramaturq İsmayıl İmanın kuratorluğu, Bakı Marionet Teatrının, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi ilə keçirilən “Lübimovkanın əks-sədası Bakıda” festivalı yekunlaşmaq üzrədir. Geridə qalan 4 həftə ərzində hər həftənin çərşənbə axşamı Bakı Marionet Teatrında toplaşan festival iştirakçıları 5 pyes oxunuşunu, 2 mühazirə, 2 ustad dərsini izləyə biliblər. Festivalın sonuncu – 5-ci həftəsində saat 17.00-da tədris proqramı çərçivəsində “Azərbaycanda müasir dramaturgiya: o haradadır?” mövzusunda panel müzakirə baş tutacaq. Azərbaycan dilində keçiriləcək panel müzakirədə teatrşünaslar İsrafil İsrafilov, Aydın Talıbzadə, Vidadi Qafarov, Fəridə Cəlilova, Elçin Cəfərov, filoloq Aynurə İbadullah və dramaturq İsmayıl İman iştirak edəcəklər. Müzakirənin moderatoru Vidadi Qafarovdur.
Festivalın sonuncu tədbiri - dramaturq İsmayıl İmanın “Hamar üzündə” pyesinin müəllif oxunuşu isə saat 19.00-da həyata keçəcək. Qeyd edək ki, rus dilində oxunulacaq pyes yenidir və ilk dəfə məhz “Lübimovkanın əks-sədası Bakıda” festivalında səsləndiriləcək. Oxunuşdan sonra teatrşünas Elçin Cəfərovun moderatorluğu ilə müzakirə baş tutacaq.
Qeydiyyat üçün tıklayın
Qeyd: 4 iyul tarixində baş tutacaq heç bir tədbirdə tərcümə nəzərdə tutulmayıb.
4 iyul 2023, çərşənbə axşamı
17:00 Tədris proqramı
Panel müzakirə: “Azərbaycanda müasir dramaturgiya: o haradadır?”
Müzakirənin dili: Azərbaycan dili
Spikerlər: İsrafil İsrafilov, Aydın Talıbzadə, Vidadi Qafarov, Fəridə Cəlilova, Elçin Cəfərov, Aynurə İbadullah, İsmayıl İman

19:00 Pyes oxunuşu
“Hamar üzündə”, dramaturq: İsmayıl İman (Bakı, Azərbaycan)
Rejissor: İsmayıl İman (müəllif oxunuşu)
Oxunuşun dili: rus dili.
Müzakirənin moderatoru: Elçin Cəfərov, teatrşünas..
Qeydiyyat üçün tıklayın
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...