Bakıda Lübimovka Beynəlxalq Müstəqil Dramaturgiya Festivalının pyeslərinin oxunuşu keçiriləcək. “Lübimovkanın əks-sədası Bakıda ” 2023-cü ilin 6 iyun – 4 iyul tarixlərində Bakı Marionet Teatrında baş tutacaq.
Lübimovka dramaturgiya festivalı rusdilli dramaturqların qeyri-kommersiya beynəlxalq layihəsidir. Lübimovkanın məqsədi senzura, siyasi və ideoloji məhdudiyyətlər olmadan azad, bədii və insani ifadə atmosferini yaratmaq və dəstəkləməkdən ibarətdir. Lübimovka festivalı yaradıcılıq və müzakirə məkanını hər hansı dövlətin təbliğatının təsirindən, kommersiya strukturlarının maraqlarından və istənilən xarakterli aqressiv qeyri-insani ritorikadan qorumağa çalışır.
Ən nüfuzlu dram festivallarından olan Lübimovka 30 ildən artıq müddət ərzində Moskvada keçirilib, lakin 2022-ci ilin fevralında Rusiyanın Ukraynanı işğalından sonra bədii idarə heyəti festivalın Rusiyada keçirilməməsinə qərar verib. Hər dəfə həyat, sağlamlıq, təhlükəsizlik, azadlıq, insan ləyaqəti, qarşılıqlı hörmət, həqiqət və ədalət kimi əsas humanist dəyərlərlə bağlı aktual məsələlərə toxunan Lübimovkanın müstəqillik ruhunu yalnız bu yolla qorumaq mümkün idi.
Bununla bağlı olaraq, Lübimovka-2022 Qazaxıstanda keçirilib. Eyni zamanda, postfestival coğrafiyası genişləndirilib, Tbilisi, Tel-Əviv, Hayfa, Narva, Tartu, Paris, Belqrad, İstanbul, Berlin və digər şəhərlərdə Lübimovkanın əsas və müsabiqədən kənar proqramına daxil olan pyeslərin oxunuşu keçirilib.
Bu il “Lübimovkanın əks-sədası” Bakıda da keçiriləcək. 2023-cü il iyunun 6-dan iyulun 4-dək hər çərşənbə axşamı Bakı Marionet Teatrında Lübimovkanın pyesləri səslənəcək. Bakıdakı oxunuşlara kuratorluq edən dramaturq İsmayıl İmanın pyesləri 2020 və 2021-ci illərdə iki dəfə Lübimovkanın qısa siyahısına düşüb. Tədbirlər çərçivəsində Azərbaycan və rus dillərində pyeslərin oxunuşları, mühazirələr, ustad dərsləri və ictimai müzakirələr keçiriləcək.
Festivala giriş pulsuzdur. Tədbirlərdə 18 yaşından yuxarı şəxslər öncədən qeydiyyat yolu ilə iştirak edə bilər.
“Lübimovkanın əks-sədası Bakıda” Bakı Marionet Teatrı, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi ilə keçirilir.
FESTİVALIN PROQRAMI:
6 iyun 2023, çərşənbə axşamı
17.00 Tədris proqramı
Ustad dərsi: “Pyes oxunuşu. Eskiz, tamaşa, yaxud performans?”
Tyutorlar: Konstantin Soldatov, teatr rejissoru, pedaqoq, aktyor; Leonid Klyots, teatr rejissoru, aktyor.
Ustad dərsinin dili: rus dili (Azərbaycan dilinə sinxron tərcümə ilə). Sinxron tərcümə: Tərlan Rəsulov.
19:00 Pyes oxunuşu
“İnstaqramda əbədi yaşayacağıq”, dramaturq: İrina Serebryakova (Kiyev, Ukrayna).
Rejissor: Tural Mustafayev.
Oxunuşun dili: Azərbaycan dili. Tərcümə: Tərlan Rəsulov.
Müzakirənin moderatoru: İsmayıl İman, festivalın kuratoru.
13 iyun 2023, çərşənbə axşamı
17:00 Tədris proqramı
Mühazirə: “Teatr dili: tekstdən kontekstə”.
Mühazirəçi: Elçin Cəfərov, teatrşünas.
Mühazirənin dili: Azərbaycan dili.
19:00 Pyes oxunuşu
“Naməlum əsgər”, dramaturq: Artyom Materinski (Moskva, Rusiya).
Rejissor: Leonid Klyots.
Oxunuşun dili: rus dili.
Müzakirənin moderatoru: Elçin Cəfərov, teatrşünas.
20 iyun 2023, çərşənbə axşamı
17:00 Tədris proqramı
Mühazirə: “Post-həqiqət dövründə müstəqil teatr: nədən asılı deyil və bu gün hansı dildə danışır”.
Mühazirəçi: Zalina Kantemirova, jurnalist, art-menecer, teatr prodüseri.
Mühazirənin dili: rus dili (Azərbaycan dilinə sinxron tərcümə ilə). Sinxron tərcümə: Tərlan Rəsulov.
19:00 Pyes oxunuşu
“Müharibə hələ başlamayıb”, dramaturq: Mixail Durnenkov (Helsinki, Finlandiya)
Rejissor: Ruslan İsmayılov.
Oxunuşun dili: Azərbaycan dili. Tərcümə: Tərlan Rəsulov.
Müzakirənin moderatoru: Vidadi Qafarov, teatrşünas.
27 iyun 2023, çərşənbə axşamı
17:00 Tədris proqramı
Ustad dərsi: “Postdramatik teatr kontekstində dramaturqun rolu və əhəmiyyəti”
Tyutor: Tərlan Rəsulov, teatr rejissoru, pedaqoq.
Ustad dərsinin dili: Azərbaycan dili.
19:00 Pyes oxunuşu
“Vanya sağdır”, dramaturq: Nataliya Lizorkina (Moskva, Rusiya – Tbilisi, Gürcüstan).
Rejissor: Konstantin Soldatov.
Oxunuşun dili: rus dili.
“Sərhəd”, dramaturq: Sergey Davıdov (Ştutqart, Almaniya).
Rejissor: [имя изъято].
Oxunuşun dili: rus dili.
Müzakirənin moderatoru: Fəridə Cəlilova, teatrşünas.
4 iyul 2023, çərşənbə axşamı
17:00 Tədris proqramı
Panel müzakirə: “Azərbaycanda müasir dramaturgiya: o haradadır?”
Müzakirənin dili: Azərbaycan dili.
Müzakirənin moderatoru: Vidadi Qafarov, teatrşünas.
19:00 Pyes oxunuşu
“Hamar üzündə”, dramaturq: İsmayıl İman (Bakı, Azərbaycan).
Rejissor: İsmayıl İman (müəllif oxunuşu).
Oxunuşun dili: rus dili.
Müzakirənin moderatoru: Elçin Cəfərov, teatrşünas.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...