“Lübimovkanın əks-sədası Bakıda” festivalı davam edir. Festivalın ikinci həftəsində bir mühazirə, bir pyes oxunuşu baş tutacaq.
13 iyun tarixində saat 17.00-da festivalın tədris proqramı çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun “Teatr dili: tekstdən kontekstə” mövzusunda mühazirəsi keçiriləcək.
Mühazirə haqqında:
Teatrın qeyri-teatra doğru yolunda əsas yol yoldaşı mətn olub. Bəs, çağdaş teatr sənətindən ötrü mətn nədir? Dramaturgiyanın teatr komponentlərinin ierarxiyasında rolu nədir?
Çağdaş teatrın əsas göstəricilərindən biri teatr dilinin tekstdən kontekstə transformasiyası ilə bağlıdır. Əgər ənənəvi teatrın dili, əsasən, tekstə söykənirdisə, qeyri-ənənəvi teatr konteksti tərcih edir. Bu mühazirədə teatr dilinin tekstdən-kontekstə transformasiyası yolununa və bu yolun əsas dayanacaqlarına birlikdə nəzər salacağıq.
Mühazirənin dili: Azərbaycan dili
Mühazirədə qeydiyyat yolu ilə iştirak etmək olar.
Qeydiyyat üçün tıklayın.

Günün digər tədbiri saat 19:00-da baş tutacaq pyes oxunuşudur. Bu dəfə Rusiyalı dramaturq Artyom Materinskinin “Naməlum əsgər” pyesi təqdim ediləcək. Oxunuşun rejissoru Leonid Klyots, aktyorlar Yevgeni Maksimov, Vladimir Həsənov və Rövşən Əsgərovdur. Oxunuş rus dilində olacaq. Tədbirdə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.
Oxunuşdan sonra festivalın kuratoru, dramaturq İsmayıl İmanın moderatorluğu ilə müzakirə keçiriləcək.
Oxunuşda qeydiyyat yolu ilə iştirak etmək olar.
Qeydiyyat üçün tıklayın.
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...