Londonun aparıcı teatrları tamaşalarını rus subtitrlərı ilə nümayiş etdirir
Tarix: 2020-04-19 14:28:59
Oxunma: 1676
Yazı ölçüsü
Karantin zamanı Böyük Britaniyanın"Qlobus" və Kral Milli Teatrı öz tamaşalarını onlayn nümayiş etdirəcək. Bu tamaşalara rus dilində altyazılarla baxmaq mümkün olacaq.
Kral Milli Teatrı TheatreHD/Play platformasında və Youtube kanalında özünün 3 tamaşasını nümayiş etdirir. Hər tamaşa bir həftə ərzində yayımda qalır.
16 aprel tarixinədək Şarlotta Brontenin romanı əsasında Salli Kuksonun quruluşunda hazırlanmış "Ceyn Eyr" (https://www.theatrehd.ru/ru/moscow/films/jane-eyre-2) tamaşasına baxmaq mümkün olub. Əsas rolları Medlin Uorrol və Feliks Heys ifa edəcək. Tamaşa Bristolun "Old Vik" teatrı və Milli Kral Teatrının ortaq məhsulu olaraq yaradılıb.
16 apreldən onlayn nümayişi başlayan Robert Lüis Stivensonun romanı əsasında Poll Findlinin quruluşunda hazırlanmış "Xəzinələr adası" (https://www.theatrehd.ru/ru/moscow/films/treasure-island) tamaşasına 23 aprelə qədər baxmaq olacaq.Tamaşada Petsi Ferran, Artur Darvill, Cillian Hanna və Nik Fletçer iştirak edir.
23 apreldə isə Şekspirin "On ikinci gecə" (https://www.theatrehd.ru/ru/moscow/films/twelfth-night-2) pyesi əsasında Saymon Qodvinin hazırladığı eyniadlı tamaşa yayımlanacaq. Rollarda Temsin Qreq, Oliver Kris, Fibi Foks, Tamara Lourens və Tim Makmallen çıxış edir.
19 aprelə qədər Şekspirin tarixi xronikalarından biri olan "II Riçard"a (https://www.theatrehd.ru/ru/moscow/films/richard-ii-2) baxmaq mümkündür. Saymon Qodvin tamaşada tarixiliyə, parlaq rənglərə və rəngli kostyumlara üstünlük verir. Tamaşada orta əsr qəddarlığı ironiya ilə ifadə olunur, buna görə də, “Riçard” rolunu komediya rolları ilə məşhurlaşan Çarlz Edvards ifa edir.
20 apreldən 3 maya qədər teatr Dominik Dromqulun quruluşunda əsas rollarını Adetomiva Edun və Elli Kendrikin ifa etdiyi "Romeo və Cülyetta" (https://www.theatrehd.ru/ru/moscow/films/globe-romeo-and-juliet) tamaşasını yayımlayacaq. Dromqul, adətən, rejissorların kəsdiyi hissələri tamaşaya salır. Bununla belə canlı musiqi və “Qlobus” truppasının ifası sayəsində hadisələr o qədərdə uzan təsir bağışlamır.
4 maydan 17 maya qədər isə Dominik Dromqulanın quruluşunda "Yay gecəsində yuxu"-ya (https://www.theatrehd.ru/ru/moscow/films/a-midsummer-night-s-dream) baxa bilərsiniz. Tamaşada rolları Con Lay, Mişel Terri, Metyu Tennison, Sara MakRey, Lük Tompson, Couşa Silver və Pirs Kuiqli canlandırır. Bu tamaşa ilə Qlobusla daha yaxından tanış ola bilərsiniz, çünki, burada canlı aktyor enerjisi hətta ekrandan ötürülür.
18 maydan 31-ə qədər Blanş Makİntayrın “Qlobus”da debütü olan “Səhvlər komediyası” (https://www.theatrehd.ru/ru/moscow/films/the-comedy-of-errors) yayımlanacaq. Tamaşada Metyu Nihem, Saymon Harrison, Ceymi Uilks, Brodi Ross, Piter Hemilton Dayer və Ceyms Lorenson iştirak edir. Olli Foksun balkan-klezmer musiqisi və və müxtəlif dövrlərin memarlığının və kostyumlarının qarışdırılması tamaşay kolorit gətirir. Hadisələr Qədim Yunanıstanda baş versə də, qəhrəmanlar renessans dövrünün geyimlərindədirlər.
İyunun 1-dən 14-ə qədər Blanş Makİntayrın daha bir tamaşası olan “Qış nağılı” (https://www.theatrehd.ru/ru/moscow/films/the-winter-s-tale-2018) tədqim ediləcək. Rolları Uill Kin, Oliver Rayan, Lyuk MakQreqor, Bekki Cemell, Priyanqa Barford və Nora Lopes Holde ifa edir.
“Qlobus”un daha iki tamaşası öz youtube kanallarında ingilis altyazısı ilə yerləşdirəcək. 19 apreldə Mişel Terrinin quruluşunda və ifasında “Hamlet”i görmək mümkün olacaq. Həmçinin tamaşaçılar “Qlobus”un virtual tamaşaçıları 18-31 may tarixlərində isə Con Fletçer və Vilyam Şekspirin əsəri əsasında Barri Patterin quruluşunda hazırlanmış “İki nəcabətli qohum” tamaşasına baxa biləcəklər.
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...