Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi 131-ci mövsümünü başa vurub. Bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov ötən mövsümdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb. Bildirib ki, mövsüm ümumilikdə kollektiv üçün uğurlu keçib. Truppa C.Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə ötən ilin noyabrında Astara, Ağdam və Biləsuvar rayonlarında qastrol səfərində olub. Ağdam səfəri lənkəranlı sənətçilərə unudulmaz anlar bəxş edib.
Artıq neçə illərdir ki, teatrda məktəbyaşlı tamaşaçıları Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirmək ənənəyə çevrilib. Teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Qar dənəcikləri” pyesinin tamaşası ilə qatılıb. Premyerası ötən ilin son günlərində keçirilən bu səhnə əsərində balaca nağıl qəhrəmanlarının başına gələn əhvalatlardan söz açılır.
Teatrın baş rejissoru Anar Sadıqovun qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası da maraqla qarşılanıb. 44 günlük Vətən müharibəsi dövrünü əks etdirən bu səhnə əsəri bölgənin ayrı-ayrı rayonlarında, eləcə də Lənkəran və Göytəpədə yerləşən hərbi hissələrin əsgər-zabit heyəti qarşısında nümayiş etdirilib.

Hazırda teatrda paralel olaraq daha iki əsərin-Xalq yazıçısı Kamal Abdullanın “Casus” və mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn  Əliyevin “Prokuror” iki hissəli pyeslərinin məşqləri aparılır. Hər iki səhnə əsərinin növbəti mövsümün əvvəllərində istehsalata buraxılması nəzərdə tutulub.
Daha sonra teatr mövsümünün bağlanış mərasimi gənc rejissor Tərlan Abdullayevin quruluşunda yazıçı-dramaturq İlqar Fəhminin “Qanlınamə” tarixi-psixoloji dramının tamaşası ilə baş tutub. Tarixi faktlara əsaslanan bu səhnə əsərində 42 il Səfəvilər dövlətinin başçısı olmuş I Şah Abbasın hakimiyyətinin ilk 7 illik dövrü əksini tapıb. Uşaq ikən gözü qarşısında anası öldürülən Şah Abbas qisas hissi ilə yaşayır və son nəticədə məqsədinə çatır. 
Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, müsiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Emil Tağıyev, Gülər Kərimli, Əlibala Əsgərov, Allahverən Babayev, Miraslan Ağayev, Səyad Əliyev, Rauf Zeynalov və Arif Xalıqverdiyev ifa ediblər.
 
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...