Son il yarım ərzində Lənkəran Dövlət Dram Teatrına edilən yeni təyinatlar, eyni zamanda, yeni kadrların teatra cəlb edilməsi bəhrəsini verməkdədir.
Teatrın kollektivi direktor vəzifəsini icra edən İntiqam Hacılı və baş rejissor Anar Babalının rəhbərliyi ilə son altı ay ərzində repertuara altı yeni tamaşa əlavə edib. Bu dövr ərzində teatrın səhnəsində hazırlanan “Yaşayan ölü” (müəllif: Könül Məmmədova, rejissor: Anar Babalı), “Yalançı şahzadə” (müəllif və rejissor: Tərlan Abdullayev) və “Gəl, yazım, gəl, baharım” (müəllif və rejissor: Anar Babalı) tamaşaları seyrçilərə təqdim edilib, “Müqəssir” (müəllif: Əbdürrəhim bəy Haqverdiyev, rejissor: Abdulla Elşadlı), “Cəmilə” (müəllif: Çingiz Aytmatov, rejissor: İmran Əli Qurbanlı) və “Bu da axırı” (mono tamaşa; müəllif: Piter Turini, rejissor: Abdulla Elşadlı) tamaşalarına daxili baxış keçirilib. Teatrın repertuarını zəngilinləşdirən bu tamaşalar yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək.
Bundan əlavə, teatrda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş üç tədbir baş tutub. Rejissor Emil Əskərovun quruluşunda hazırlanan “20 yanvar” və “26 fevral” kompozisiyaları müvafiq tarixlərdə nümayiş etdirilib. Lənkəran Dövlət Universiteti ilə birgə “Heydər Əliyev və Azərbaycan Teatrı”, Lənkəran Sosial və Aqrar-Texnoloji Kolleci ilə isə “Heydər Əliyev: Azərbaycan mədəniyyəti və təhsili” tədbirləri keçirilib. Hər iki tədbirdən sonra təhsil ocaqlarının kollektivi “Prokuror” tamaşasını izləyib. Lənkəran Dövlət Dram teatrı həmçinin “Heydər Əliyev İli” çərçivəsində Biləsuvar və Lerikdə “Prokuror” tamaşası ilə qastrol səfərində olub. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi ilə birgə keçirilən “Heydər Əliyev və Azərbaycan dramaturgiyası” tədbirində isə mövzu ilə yanaşı, “Yerli yazarlarla birgə iş” layihəsi də müzakirə və qəbul edilib.
“Heydər Əliyev İli” çərçivəsində 3 teatr – Azərbaycan Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Sumqayıt Dövlət Dram Teatrı Lənkəran Teatrının qonağı olaraq maraqlı tamaşalar nümayiş etdirib.
“Uçan səhnə” layihəsi ilə Lənkəran rayonunun Bəliton kəndindəki balaca tamaşaçıları sevindirən teatr kollektivi yeni mövsümdə bu layihə ilə digər ucqar kəndlərdə yaşayan uşaqların görüşünə gedəcək.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...