Aleksandr Vampilovun “Ördək ovu” əsərində baş verən hadisələr nə bir məkan, nə də zaman çərçivəsində məhdudlaşır. Əsərin əsl hadisəsi Zilovun özüdür. Çünki onun daxili sükutu, həyatdan bezmiş baxışı, ətrafındakı hər bir obrazın mənəvi dayaq nöqtəsinin mənafeyinə toxunur.
Zilov, əslində, hər kəsin qəlbində gizlənən, lakin adını çəkməyə qorxduğu boşluğun simvoludur. Əsərin ideyası – həyatın mənasızlığı, Zilovun timsalında canlanır. O, nə dostluğa inanır, nə sevginin saflığına, nə də gələcəyin sabitliyinə. Çünki o, ölümün varlığını unutmur. Həyatın faniliyini dərk və qəbul edən bir insan üçün isə heç bir münasibət, heç bir hiss artıq müqəddəs görünmür.
Zilov, görünüşcə hərəkətsiz, ruhi baxımdan isə sükunətin içində çırpınan bir obrazdır. O, əslində çox ağıllıdır. Həyatı hisslərin tufanına çevirmir, hadisələrə kənardan baxmağı bacarır. Amma bu ağıllılıq onun bədbəxtliyinə çevrilir, çünki artıq heç nə onu həyəcanlandıra bilmir. Onun uşağa sahib olmaq istəməməsi və atasının ölümünə adi hall kimi baxmasının səbəbi də elə bu dərin mənasızlıq duyğusundan qaynaqlanır. O, gələcəyə etibar etmir, dünyanı zülm kimi görür və yeni bir həyatın-insanın bu mənasız sistemə gətirilməsini istəmir. Bu, eqoizm deyil, təslimiyyət deyil, bu, dünyanın ruhsuz axışını anlamış bir insanın səssiz fəryadıdır.
“Ördək ovu” isə onun həyata bürünmək cəhdidir. Sanki o, özü üçün bir oyun qurur: guya sevir, guya gülür, guya ov arzusundadır. Amma bu ov baş tutmur. Çünki Zilov artıq ovçu deyil, ovun özüdür, həyatın, tənhalığın, mənasızlığın ovuna çevrilib. Əsərin əvvəlində dostlarının ona çələng göndərməsi isə sadəcə zarafat deyil. Bu, Zilovun mənəvi ölümünə yazılmış matəm rəmzidir. Bədəni həyatda yaşayır, amma ruhu artıq susub.
Pyes boyu səslənən matəm musiqisi də elə bu mənəvi ölümün səssiz müşayiətidir, insanın içindən gələn, amma heç kəsin eşitmədiyi bir inilti kimi. Zilovun faciəsi odur ki, o, həyatın boşluğunu anlayır, amma bundan qaça bilmir. Bu faciə mənəvi ağrı ilə yanaşı, həm də intellektual tənhalıqdır. Dostları ilə “Unudulmuşlar kafesində” yığışmağı da o tənhalığa bir işarədir. O, dərk edir, amma yaşaya bilmir. Həyatın hər fürsətinə baxır, amma həzz almır. Onun ömrü yaşanmış deyil, sadəcə ötüb keçmiş bir zamandır. O, həyatın mənasızlığını anlamış, lakin bu mənasızlığın içində yaşamağa davam edən insandır.
Bəlkə də elə buna görə Zilov obrazında özümüzü görürük, çünki bəzən biz də həyatın təqdim etdiyi fürsətləri sadəcə dəyərləndirirk, hissləri saxtalaşdırırıq, öz sükutumuzu içimizdə gizlədirik. Zilovun ov səfəri əslində bizim mənəvi səyahətimizdir, mənasızlıq içində mənanı axtarmaq, amma heç vaxt tapmamaq səyahəti.
Lamiyə Zeynalova
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...